azia.az
azia.az

Balakən RİH yeni model “Toyoto RAV4” alır - detallar

19-09-2023, 09:43

Balakən Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Toyota-Bakı Mərkəzi” MMC olub.
Azia.az  yeniavaz.com-a istinadən xəbər verir ki, Balakən RİH “Toyota RAV4 2.0L Suffix-AE” modeli olan minik avtomobilin satın alınmasına görə “Toyota-Bakı Mərkəzi” MMC-yə 57 min 800 manat ödəyəcək.
Məlumat üçün qeyd edək ki, “Toyota-Bakı Mərkəzi”nin rəsmi internet saytında “Toyota RAV4”ün yeni modelinin qiyməti 57 min 700 manatdan başlayır.
Nizamnamə kapitalı 200 manat olan “Toyota-Bakı Mərkəzi” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov, ev 26 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi