Vətən müharibəsi iştirakçısını öldürən görün kimdir-DƏHŞƏT
Gəncədə avtomobillə piyadanı vurub öldürən polis əməkdaşı imiş.
Azia.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı Xəyal Yolçuyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2002-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Qeyd edək ki, Xəyal Yolçuyev ötən gün Gəncə şəhərində toy məclisində iştirak edib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurmuş və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.