Kafedə ad günü şənliyində dəhşətli partlayış: ölənlər var
İranın paytaxtı Tehranda kafedə təşkil edilən ad günü şənliyi zamanı baş verən partlayış zamanı 4-ü uşaq, 3-ü qadın olmaqla ümumilikdə 8 nəfər ölüb.
Bu barədə interpress.az xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Tehranın Əndişa rayonunda qeydə alınıb.
“Axşam saat 20:00-da bizə kafedə partlayış barədə məlumat verilib. Tezliklə hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınlarını göndərdik. Partlayışın ad günü şənliyi zamanı şarların şişirdilməsi üçün istifadə edilən helium qazı səbəbindən baş verdiyi müəyyən olunub”, – İranın Fövqəladə Hallar Xidmətinin sözçüsü Müctəba Xalidi deyib.