Pakistanda Aşura mərasimi zamanı partlayış: ən azı 30 nəfər yaralanıb
Pakistanda Aşura mərasimi zamanı partlayış baş verib. "Associated Press" xəbər verir ki, hadisə ölkənin Pəncab vilayətində baş verib.
Partlayış nəticəsində ən azı 30 nəfər xəsarət alıb. Təsdiq edilməmiş məlumatlara görə, ölənlər da var. Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları göndərilib.
Qeyd olunur ki, hadisə yerində bomba partlayıb, amma təfərrüatlar açıqlanmır.