azia.az
azia.az

Masallıda bu strateji sahə KİMƏ ƏMANƏT EDİLİB? - İLGİNC İDDİA

4-04-2022, 11:06

Masallıda bu strateji sahə KİMƏ ƏMANƏT EDİLİB? - İLGİNC İDDİA
Müdriklər də deyib ki, milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər.
Son 15-20 ildə təhsilimzdəki tənəzzül açıq-aşkar hiss olunur. Ancaq bunun qarşısını almaqla ciddi məşğul olan yoxdur.
Biz Gündəlik-Bakı olaraq əbəs yerə neçə ildir yazmırıq ki, Səhiyyə Nazirliyinin başında həkim, tibb işçisi olduğu kimi, Təhsil Nazirliyinin də başında pedoqoq dayanmalıdır.
Bu gün Təhsil Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərin hamısı ya “Narxoz”u bitirib, ya da “politoloq”dur.
İndi haqqında bəhs edəcəyimiz şəxsin isə, ümumiyyətlə, ali təhsilinin olub-olmadığı bəlli deyil.
Söhbət Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovdan gedir.
Mediada yayılan məlumatlardan bəlli olur ki, bu adam 1996-cı ildə qəbul imtahanında 700 mümkün baldan cəmi 47 bal (?..) toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olmuş, 2000-ci ildə bakalavr səviyyəsini bitirmişdir.
Görəsən, 47 bal toplayan Tariyel Əkbərov necə universitet tələbəsi olub..?
Bu məqamda bilirsiniz nə yada düşür..?
İllər öncə yüksək səviyyədə açıqlama olmuşdu ki, Tələbə Qəbul Komissiyası 12 bal toplayan məzunun balını 6-12 edir və həmin məzun Tibb Universitetinin tələbəsi olur.
Deməli, bütün bunlar həqiqət imiş.
İndi Tariyel Əkbərovun avtobioqrafiyasına nəzər salaq.
Tariyel Əkbərov bir müddət Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində “prorab”-mühəndis işləyib.
Masallı RİH-də işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ixtisasartırma kursunda əyani təhsil alaraq “ riyaziyyat və informatika müəllimi” ixtisasına yiyələnmişdir.
Bu adamın, ümumiyyətlə, informatikadan, riyaziyyatdan başı çıxmır.
Adamdan soruşarlar ki, RİH-də işləyə-işləyə necə əyani təhsil almaq olar..?
Və Masallı RİH-dən işdən çıxdıqdan sonra bir gün də pedaqoji təcrübəsi olmayan Əkbərov Tariyel hansisa sehrli əlin köməyilə Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin edilir.
Vallahi, yazmağa adam söz də tapmır.
Axı, direktor olmaq üçün Təhsil Nazirliyinin konkret şərtləri var. Bəs bu hara getdi..?
Bəli, Tariyel Əkbərov 3 il məktəb direktoru işlədikdən sonra Şıxlar kənd ümumi orta məktəbin direktor kreslosundan birbaşa Masallı RTŞ-nin müdir müavini kreslosuna keçir. Qəbul imtahanında 47 bal toplayan, RTŞ-nin müdir müavini olmaq üçün illərlə “Dovlət Qulluğuna qəbul” imtahanından keçə bilməyən Tariyel Əkbərov hansı yollasa imtahandan azad edilir. Nəticə olaraq sadəcə müsabiqədən keçməklə müdir müavini vəzifəsinə yiyələnir.
Hələ bu harasıdır..?
Sonra bəlli olur ki, Tariyel Əkbərovun Gəncədə aldığı diplom saxta imiş. Bunu Təhsil Nazirliyi rəsmi açıqlayıb.
Belə olan halda Tariyel Əkbərov “qaçaraq” özünü hansı yollasa Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə sala bilib.
Maraqlıdır, ilk təhsil sənədi saxta olan, ixtisası üzrə riyazi və informatik bilikləri 4-cü sinif səviyyəsinin tələblərinə cavab verməyən Tariyel Əkbərov ikinci ali təhsili necə almışdır?
Ən böyük faciə isə 2016-cı ildə baş vermişdir.
Belə ki, 2016-cı ildə Tariyel Əkbərov Masallı Rayon Təhsil Şöbəsinə müdir təyin edilib.
Bəli, 220 minlik Masallı camaatının təlim-tərbiyə işlərinə Tariyel müəllim rəhbərlik edir.
Allah belə rəhbərliyi kəssin.
Neçə ildir ki, Masallı məktəblərindən pullar yığılır.
Söhbət düşəndə Tariyel Əkbərov deyir ki, bu pulları tək yemirəm ki, Təhsil Nazirliyinin rəhbərliyinə də verirəm.
Deməli, Tariyel Əkbərov tez-tez məktəblərdə əsassız yoxlamalar təşkil edərək, məktəb rəhbərlərini prokurorluq və icra orqanları ilə hədələyib onlardan iri məbləğdə pul alır.
Bir sözlə, Masallı təhsili korrupsiya və rüşvət içərisində batıb gedir.
TŞ-nin müdiri hətta məktəblərdə işləyən kitabxanaçıları, laborantları da işdən çıxaracağı ilə hədələyib pul tələb edir.
Tariyel Əkbərovun ən böyük korrupsiya mənbələrindən biri də….
Deməli, 65 yaşı tamam olan məktəb direktorlarını, müəllimləri işdən azad etməmək üçün hər il üçün 1000 manat alaraq işdə saxlamaqla Tariyel Əkbərov 100 minlər qazanır.
Biz hələ Masallı təhsilindəki 100-lərə “ölü canlar”dan bəhs etmirik.
Bütün bunları yaza-yaza düşünürük ki, görəsən təhsil naziri Emin Əmrullayev bu boyda rəzaləti görmür..?
Növbəti yazıda RTŞ-nin müdir müavini Samit İslamovun əməllərindən bəhs edəcəyik.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilib.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
P.S Şahin müəllimdən xahiş edirik ki, dostları bu işə qatmasın.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi