azia.az
azia.az

Ağstafa Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun “təhsil biznesi”…. - Mədəd Zeynalov məktəb direktorlarını “aylığa” otuzdurub?…

1-03-2022, 18:28

Ağstafa Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun “təhsil biznesi”…. - Mədəd Zeynalov məktəb direktorlarını “aylığa” otuzdurub?…
Ağstafa Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun ət dükanı….
Ağstafa Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun “təhsil biznesi”…. - Mədəd Zeynalov məktəb direktorlarını “aylığa” otuzdurub?…
Mədəd Zeynalov Bakıda 150 min manata villanı hansı pulla alıb ?

Bəs icra başçısı Seymur Orucov və nazir Emin Əmrullayev hara baxır ?


Qısa məlumat üçün qeyd edək ki, Ağstafa rayon Təhsil Şöbəsi Qazax rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi fəaliyyətə başlaması ilə əlaqədar 1990-cı ildə yaradılmışdır.
Hazırda təhsil şöbəsinin tabeliyində 39 ümumi təhsil müəssisəsi və 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Təhsil şöbəsinin adı həmişə qalmaqllarda hallanıb.
Belə ki, inanclı müəllimə məktəbə baş örtüyü ilə gəldiyi üçün onu az qala linç edəcəkdilər.
Sonra Təhsil Şöbəsinin sabiq müdiri Kamran Abbasovun adı dələduzluqda hallanıb, hətta kimisə işə düzəltmək adı ilə külli miqdarda pul atıb. Və onu işdən azad edərək, Mədəd Zeynalovu TŞ-nin müdiri qoyublar.
Bəli, Mədəd Zeynalovun müavinləri, mühasibləri, məsələhətçiləri, Metodik Mərkəzi və üstəlik 39 məktəb direktoru və s…yəni böyük strukturu var.
Mediada yayılan məlumata görə, Mədəd Zeynalov bu yaxınlarda Bakının mərkəzində dəyəri 150 min manat olan ev-villa alıb.
Təhsil şefinibn bahalı Mersedes atomobili də var.
İndi görək, dövlətdən 600-700 manat maaş alan Mədəd Zeynalov bu əmlakları hansı pulla əldə edib.
Birincisi, ondan başlayaq ki, Mədəd Zeynalov 30 məktəbin və 2 məktəbdən kənar tərbiyə müəssisəsinin direktorlarını məcburi “aylığa” otuzdurub.
Kim verməsə təcili işdən azad edilməlidir.
Görəsən, rayonun icra başçısı Seymur Orucov Mədəd Zeynalovun bu əməllərini görmür ?
Əlbəttə, görürür, amma göz yumur. Çünki əl əli yuyar məsələsi…
Yeri gəlmişkən, Təhsil Şöbəsinin müdirinin ət dükanı gülməli, bəlkə də acınacaqlıdır.
Təhsil hara, ət dükanı hara ?
Bəli, ət dükanını Mədəd Zeynalovun dayısı işlədir, həm də təhsil şefinə çatacaq pullar burada yığılır və sonra şefə çatır.
Görəsən rayonun hüquq-mühafizə orqanları bu rüsvayçılığı görmür ?
Mədəd Zeynalov nə qədər “ölü canlar” saxlayır, nə qədər adı olub özü olmayan müəllimlər, texniki işçilər var…
Bunlar hamısı pul deməkdir…
Biz də sadəlövcəsinə soruşuruq ki, Mədəd Zeynalov villanı hansı pulla alıb..?
Sonda təhsil naziri Emin Əmrullayevə də üz tuturuq ki, cənab nazir icra başçısı Seymur Orucov özünü görməzliyə vurub, bəs siz niyə bu boyda əməlləri görmürsünüz ?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi