azia.az
azia.az

Sumqayıt təhsil şöbəsinin yeni müdiri

23-05-2016, 09:30

Sumqayıt təhsil şöbəsinin yeni müdiri Sumqayıt təhsil şöbəsinin yeni müdiri

“Təhsil millətin gəcəyidir”
Heydər Əliyev

Azərbaycan təhsilinin tərkib hissəsi olan Sumqayıt təhsil şöbəsində son zamanlar müdir kreslosu isinmək və nəvazişə möhtac qalıb. Ya müdir əvəzi kresloya əyləşib onu isitmək dərəcəsinə çatdıra bilmir, ya da ki, təyin olunan yeni müdir “yaxşı” işlərinə görə daha böyük vəzifəyə təyin olunur. Nəticədə zərbə təhsilin inkişafına dəyir.
2016-cı ilin aprel ayında Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olundu. Ruhiyyə İsabala qızı Tağıyeva şəhər təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmamışdan qabaq 24 saylı məktəbin direktoru işləyirdi. Direktor işləməzdən əvvəl isə 15 saylı məktəbdə direktor müavini işləyirdi.
Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov yeni müdiri Sumqayıt şəhər Təhsil şöbəsində pedaqoji kollektivə təqdim edib və gələcək fəaliyyətində uiğurlar arzulayanda Ruhiyyə xanımın hansı pedoqoji keyfiyyətlərinə üstünlük verdiklərini deyə bilmərik. Ancaq onu deyə bilərik ki, Direktor müavini vəzifəsindən direktoluğa, direktor vəzifəsindən də təhsil şöbəsinin müdiri vəzifəsinə qısa zaman kəsiyində yüksələn yeni müdir məktəb direktoru işlədiyi müddətdə elm ocağında təhsilin inkişafına deyil, neqativ halların çoxalmasına şərait yaratmışdır.
İstər direktor müavini, istərsə də direktor işlədiyi müddətdə məktəbdə dərs saatlarının ədalətsiz bölünməsi, əvəz olunmuş dərslərin qeydiyyatının qara mühasibatlığını əla mənimsəmiş, ad günlərinin təmtəraqlı keçirilməsini əxz etmiş və s. istiqamətdə püxtələşmiş xanım müdir Sumqayıt təhsilinə hansı “yeniliklər” gətirəcəyi zaman məsələsidir.
Mən Mikayıl Cabbarovdan başqa heç kimi tanımıram deyib öz nazirinə “sədaqətini” göstərmək istəyən yeni müdir Ulu öndərin Azərbaycan təhsilinə töhfəsini yəqin ki, unudub. Azərbaycan təhsilinin tərəqqisinə nail olmaq üçün yeni-yeni fərman və sərəncamlar imzalayan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının əməli fəaliyyətini xanım müdirin diqqətinə çatdırmaq istərdik. Ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, sülhməramlı səfir Mehriban xanımın Azərbaycan təhsilinin inkişafındakı rolunu görmək istəmir?
Mən Mikayıl Cabbarovdan başqa heç kimi tanımıram deyən yeni müdir Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovu tanımadığını da açıq şəkildə bəyan edir.
Redaksiyamıza daxil olmuş sənədlərlə təsdiq edilən faktları Sizlərin diqqətinizə apardığımız araşdırmalardan sonra təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

“Xəbərfakt.Az”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi