Bəy impotent çıxdı, qaynı gəlini zorladı
Cəlilabadda dəhşətli hadisə baş verib. Hadisə Uzuntəpə kəndində baş verib. Baş vermiş hadisədə zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülnayə Bəxtiyar qızıdır. Rayonun Edişə kəndindən olan 17 yaşlı G. Şükürova 3 ay bundan öncə rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb. O, Mirzəyev İbrahim Cabir oğlu ilə ailə qurub. Lakin İ.Mirzəyev cinsi problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti pozulmayıb.
Şükürovlar ailəsinin iddiasına görə, məsələnin bu cür olduğunu başa düşən Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyevin təklifi ilə digər oğlu Nicat Mirzəyev Gülnayənin razılığı olmadan ona təcavüz edib. Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülnayə özünü oldürmək istəyib, lakin qayınatası və qayınanası onu sakitləşdirib, hədə qorxu gəlib və bu hadisə haqqında heç yerdə danışmamağı tapşırıb.
Zorlanma hallarının dəfələrlə baş verdiyi müddətdə Gülnayənin öz ailəsi ilə ünsiyyətinə qadağa qoyulub. Bu da onun valideynlərində şübhə yaradıb. Bir neçə dəfə Gülnayə ilə əlaqə yaratmaq, onun halını-əhvalını soruşmaq istəsələr də, mümkün olmayıb. 1 həftə öncə isə Gülnayə öz ailəsinə telefonla mesaj yazmağa nail olub və başına gələnlərin hamısını xəbər verib. Bu mesajdan sonra isə o yoxa çıxıb.