Azərbaycanda dəhşətli hadisə: Ana bir yaşlı övladını...
Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.
Azia.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.