DİN Bərdədə iki uşaq atası tərəfindən qaçırılan qızla bağlı - AÇIQLAMA YAYDI
Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Bərdə rayonu, Mustafaağalı kənd sakini, 19 yaşlı Seyidli Cahan yaşadığı evdən 4 nəfər tərəfindən qaçırılıb.
Qızın anası Gülnar Seyidova məlumat verərək bildirib ki, qızını qaçıran həmin kəndin sakini , hazırda evli olan 1983-cü il təvəllüdlü 2 uşaq atası olan Elçin Salahovdur.
Məlumatın ardından SİTAT.İNFO-nun əməkdaşı Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyevlə əlaqə saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİTAT.İNFO-ya bildirilib ki, yanvar ayının 29-da günorta radələrində Bərdə rayonunun Mustafaağalı kəndində 19 yaşlı qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. Araşdırmaların aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.