azia.az
azia.az

Ağdamda qaçırılan məktəbli qız TAPILDI (YENİLƏNİB)

22-12-2021, 11:25

Ağdamda qaçırılan məktəbli qız TAPILDI (YENİLƏNİB)
Ağdamda qaçırılan azyaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 32gun.az-a verilən məlumata görə, dekabr ayının 21-də yeniyetmə qızın qaçırılması ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

*** 10:45

Ağdamda məktəbli qız qaçırılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.

Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.

İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi