azia.az
azia.az

Seymur Orucov Bakıda oturub Ağstafanı mobil telefonla idarə edir…- Seymur Orucovun “ailə biznesi”…

14-01-2022, 23:15


Seymur Orucov Bakıda oturub Ağstafanı mobil telefonla idarə edir…
Seymur Orucov Bakıda oturub Ağstafanı mobil telefonla idarə edir…- Seymur Orucovun “ailə biznesi”…
Elə məmur var ki, adama mövzu, “tema” verə bilmir. Barəsində 1-2 dəfə yazandan sonra adam bezir, usanır, yazmağa nəsə tapmır.
Ancaq Allah kömək olmuş, Seymur Orucov bu məsələdə məhsuldardır, elmi dildə desək rentabellidir.
Bu adam barəsində hər gün bir maraqlı informasiya, xoruz səsi eşitməyən faktlar eşidirik.
Yəqin ki, söhbətin Ağstafanın 34 yaşlı icra başçısı Seymur Orucovdan getdiyini bildiniz.
O bir tamaşada deyir ee, “Bir tərəfi Şəkixanovlardan, o biri tərəfi Bakıxanovlardan…” olan bu cavan icra başçısı 1 il ərzində Ağstafada əməlli-başlı ad çıxarıb.
Deyirlər, icra başçısı hər gün səhər işə gələndə nəsə əzgin olur, günortaya çatanda çox güclənir, axşama yaxın icra hakimiyyətinin karidorunda divara söykənir, tez-tez 8 yazır, başçı nəsə 8 rəqəmini çox sevir…
Soruşanda da deyir ki, gecələr yata bilmirəm, camaatın vəziyyətini, dərdini düşünürəm…
Camaat deyir ki, Seymur Orucov vəzifədə olduğu 1 il müddətin heç yarısını Ağstafada olmayıb, gecəsi-gündüzü Bakıda keçir, icra hakimiyyətini mobil telefonla idarə edir.
Ağstafalılar düşünür ki, görəsən icra başçımız Bakıda kimi qoyub gəlib ki, rayona öyrəşə bilmir, ürəyi Bakıda qalır. ÜRƏK söhbətini saxlayaq sonraya…
Əslində Seymur müəllimi qınamalı da deyil ee…
34 yaşında icra başçısı olar ?
Bəs görəsən, bu cavan, çatmaqaş oğlan hansı bacarığına, savadına, idarəetmə təcrübəsinə görə, bu yaşda böyük bir rayonun icra başçısı olub ?
Söhbət idarəetmədən düşmüşkən, cənab Seymur Orucov 25 yaşında “Narxoz”un təlim-tərbiyə işləri üzrə prorektoru olub.
Bəli, partanın arxasından təzəcə duran Seymur Orucov qaynatası, “Narxoz”un rektoru Şəmsəddin Hacıyevin dəstəyi ilə prorektor olub.
Beləcə cavan Seymur Orucovun karyerası başlayıb fontan vurmağa.
Onu da qeyd edək ki, Seymur Orucov həm də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevin doğmaca bacısı oğludur.
Qaynata rektor, dayı da millət vəkili, dayının qudası isə xaricdə oturub Azərbaycanın əleyhinə çalışan "dədəm mənə kor deyib, gəl gedəni vur deyib" deyən şəxs. (həə zaman belədir, vaxt var idi Hüseynqulu Bağırovu müdafiə edən qara rəngli məmur Səs qəzetində bizim haqqımızda adımızı çəkmədən bu misalı çəkmişdir. Onda sən deyən idi, indi Fələk deyən)
Beləcə, Seymur Orucovun “Narxoz”dan başlayan karyerası Ağstafada davam edir.
Və Seymur Orucov icra başçısı kreslosuna oturan kimi rayondakı rüşvətxor məmurları kabinetinə yığaraq deyib ki, heç kimlə işim yoxdur, ƏVVƏLKİ KİMİ İŞLƏYİN…
Bir soruşan olmayıb, ay Seymur müəllim, bəs harada qaldı islahat-filan, gənc nəsil-zad…
Bəli, bir də rayon sakinləri görüb ki, bu cavan icra başçısı qoca icra başçılarından daha fərasətli imiş, Ağstafanın abadlaşdırılması adı altında dövlətin xeyli vəsaitini mənimsəyib.
Biz hələ Seymur Orucovun yaşıllıqları qıraraq yerində obyektlər inşa etdirməsindən danışımırıq.
Biz hətta soruşmuruq ki, ay Seymur müəllim, Novxanıdakı milyonluq bağ evini, 350 minlik avtomobili hansı pulla alımısan ?
İndi isə keçək ÜRƏK məsələsinə.
Bəli, söhbət Seymur Orucovun həyat yoldaşı, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevadan gedir.
Çeşmi xanım Bakıda bir neçə vəzifə daşıyır.
Bağça müdirəsidir, əvvəl atasının yanında, yəni “Naxoz”da dekan olub, indi isə Azərbaycan Dillər Universitetində rektor Kamal Abdullanın müşaviridir.
Həə, Çeşmi xanımın sahibkarlığı, xiyar-pomidor yetişdirməyi, sahibi olduğu “parnik”inin Azəriqaza 140 min manat qaz borcu olması lap yadımızdan çıxmışdı.
İndi özünüz təsəvvüvr edin Çeşmi xanım bu boyda işləri qoyub Ağstafaya necə getsin ?
Ona görə də gənc icra başçısı Seymur Orucov çox xiffət çəkir və Bakıya üz tutur…
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi