35 yaşlı icra başçısının xanımı 350 minlik avtomobil idarə edir-Çeşmə xanımla Maştağa sakinlərinin çəkişməsinin səbəbi nədir?-VİDEO
Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovla bağlı ''Gündəlik Bakı'' qəzetinin(gundelik-baku.com) redaksiyasına maraqlı məlumatlar daxil olub. Məlumata görə, icra başçısı dəyəri 350 min manat olan 10 NK 200 dövlət qeydiyyat nişanlı amerikan istehsalı olan GMC Yukon Denali markalı avtomobilin sahibidir.
Ancaq avtomobil İcra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib. Deyilənə görə, avtomobil zirehlidir. Görəsən Orucovlar ailəsi kimdən və nədən ehtiyat edir? Mənbənin məlumatına görə, avtomobili başçının həyat yoldaşı Çeşmə xanım idarə edir.
Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir. Növbəti yazıda Maştağa sakinləri ilə Çeşmə xanım arasında olan çəkişmənin səbəbini geniş araşdıracağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.