azia.az
azia.az

Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı - FOTO/VİDEO

29-12-2021, 09:23


Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı - FOTO/VİDEO
Şirvanda sərxoş vəziyyətdə olan şəxs yataqxanada yanğın törədib.
Azərbaycanda sərxoş şəxs yataqxananı yandırdı - FOTO/VİDEO
Azia.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Hadisə kişinin yaşadığı 5 mərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə təşkil olunmuş içki məclisindən sonra baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və başqa mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı mənzilləri bürüyən tüstüdən 3 nəfər zəhərlənərək Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yataqxana sakinləri müvəqqəti olaraq binadan təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi