azia.az
azia.az

Yerevanda yataqxanada yanğın olub

10-04-2019, 14:05

Yerevanda yataqxanada yanğın olubErmənistanda yataqxanada yanğın baş verib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə aprelin 10-da səhər saatlarında paytaxt Yerevanın Ayvazovsk küçəsində yerləşən yataqxanada baş verib. Nəticədə 4-cü mərtəbədə bir mənzilin qapısı, qonaq otağı və qonşu mənzilin mətbəxi, 5-ci mərtəbədə isə mənzilllərdən birinin pəncərəsi yanıb. Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqada cəlb olunub. Xəsarət alanlara yardım göstərilib.
Hadisənin səbəbi araşdırılır.
10.04.201913:55 11


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi