azia.az
azia.az

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

10-04-2019, 12:12

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb - YENİLƏNİBBakıda məcbiri köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb.
ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində binanın damında meydana gələn yanğın söndürülüb.***
Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hələləlik zərərçəkənlər barədə məlumat yoxdur. ***
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi