azia.az
azia.az

Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...

18-08-2019, 19:17

Ölkə məhkəmələrindən narazılıq getdikcə artır. Bunu “Hürriyyət”in redaksiyasına gələn məktubların, şikayətçilərin çoxluğu göstərir. Redaksiyamıza gələn Astara rayonu Kijabə qəsəbə sakini Qənbərov Möysüm Manaf oğlu da Astara Rayon Məhkəməsinin qərarından narazılıq edir.
Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...
Belə ki, o, 2018-ci dekabrın 29-da VAZ-2121 markalı 90MS228 nömrəli maşını ilə VAZ-21063 markalı 99KL086 nömrəli avtomobillə Təngərud kəndində toqquşub: “Maşınım sığortalıdır. Hadisə baş verəndə sığorta və “QAİ” işçiləri gəldilər, hər şeyi araşdırdılar, getdilər. Mən sığortanı qarşı tərəfə - Qasımov Sərxana vermişəm, pulu da o alıb. Sığorta idarəsi onun maşınına dəyən ziyanı qiymətləndirib, ona 775 manat ödədi. Amma adam sığota idarəsinin icazəsi olmadan özü aparıb maşınını “Lənkəran” avtoservisdə düzəltdirib. O, sığorta idarəsi arayış vermədən maşınını düzəldə bilməz. Ona görə ki, sığorta idarəsinin özünün profloktoriyası var. Maşını sığorta idarəsi düzəldir. Bu isə əksinə edib, özbaşına maşının aparıb təmir elətdirib. Sığorta idarəsindən 775 manatı götürsə də, ancaq razılaşmayıb, məni sonradan məhkəməyə verib. Ona 2663 manat ödəməyimi istəyir. O pulun 775-ni sığorta idarəsi ödədiyi üçün indi məndən 1888 manat əlavə pul tələb edir. İndi məhkəmənin qərarına görə mən ona 1888 manat ödəməliyəm”.

“Hakim Mübariz Məmmədova sual vedim ki, bəs sığorta nə üçündür”

M.Qənbərov qeyd etdi ki, bu qərarı Astara rayon Məhkəməsinin hakimi Mübariz Məmmədov verib: “Bu qərarı verən zaman mən hakim Mübariz Məmmədova sual vedim ki, bəs sığorta nə üçündür. O, mənə belə cavab verdi ki, sığorta ödəmirsə, sən ödəməlisən. Mənim vətəndaşdan narazılığım yoxdur, mən məhkəmənin qərarından narazıyam. Mənim vətəndaşla nə işim var. Heç bir şəxsi qərəzliyim yoxdur. Bu qərar qanuni olsaydı, mən o pulu ödəməyə hazıram. Qanun qarşısında cavab vermək hər kəsin borcudur. Amma bu, qanunsuzdur. Maşın köhnə bir maşındır. Heç köhnə “06”-nın qiyməti 2663 manat deyil, amma məhkəmə maşının bir qabaq “krılosu”nun vurulmasına görə bu qədər pulun ödənilməsi üçün qərar verib. İkincisi də mənim maşınımın sığortası var. Sığorta idarəsi də qarşı tərəfə dəyən ziyanı ödəyib”.

“Qərar ədalətsiz , əsassız ola bilər, lakin məhkəmənin qərar çıxartmağa hüququ var”

Məsələ ilə bağlı hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə dedi ki, baş vermiş hadisədə sığortanın ödənilməsi ilə bağlı tərəflərdən hər hansı biri narazıdırsa və bunun üçün əsasları mövcuddursa, o, məhkəməyə müraciət edə bilər: “Görünür, zərərçəkmiş şəxs ona ödənilmiş məbləğlə razılaşmır, az hesab edir və ödənmiş məbləğin az olduğunu təsdiq edən əlində sübutlar var. O da məhkəməyə müraciət edib. Məhkəmə də yəqin ki, o tərəfi, bu tərəfi araşdırıb. Mən məhkəmə qərarının nə qədər qanuni olduğunu deyə bilmərəm. Qərar ədalətsiz , əsassız ola bilər, lakin məhkəmənin həmən qərar çıxartmağa hüququ var”.

“Bu məsələ məhkəmədə araşdırılır”

Səfərov qeyd etdi ki, həmin vətəndaşın, sığorta idarəsinin məhkəməyə müraciət etmək hüququ var: “Tutaq, o sübut edir ki, maşının təmirinə 700 manat bəs etmir. Bunu nə sən, nə də mən görürəm. O sənədlər və mütəxəssislərin verdiyi rəy nəticəsində hesablanır. Təkcə şəkil hər şeyi həll etmir. Ona görə də normal məhkəmə olmalıdır ki, bu məsələni aydınlaşdırsın, tərəflərə qərəzli münasibət bəsləməsin, imkan yaratsın ki, hərə özünün haqlı olduğunu sübut eləsin. Bir vətəndaş sübut eləsin ki, 700 manat bəs etmir, o biri də sübut eləsin ki, 2600 manat çoxdur. Bu məsələ məhkəmədə araşdırılır. İkinci şəxs əgər bu qərardan narazıdırsa, apellyasiya şikayəti verə bilir və əsaslandırır ki, nəyə görə 2600 manatla razı deyil, 700 manatı əsaslı hesab edir”.

“Bu münasibətlər məhkəmə yolu ilə vurulan tərəflə sığorta şikəti arasında tənzimlənməlidir”

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverdiyev isə dedi ki, vuran tərəfin avtomobilinin icbari sığortası varsa və sığorta şirkəti qarşı tərəfi vəsait ödəyibsə, bunun vuran tərəfə aidiyyatı yoxdur: “İstənilən halda icbari sığorta 5 min manat məbləğə qədər qəza hadisəsənin aradan qaldırılması üçün vəsait xərcləyə bilər. İcbari sığortanın cəmi məbləği 5 min manatdır. Əgər qarşı tərəf vuran tərəfi məhkəməyə veribsə, bunun ona aidyyatı yoxdur. Çünki vuran tərəfin icbari sığortası olmadığı təqdirdə qarşı tərəfin məhkəməyə vermək hüququ var idi. Bu münasibətlər məhkəmə yolu ilə vurulan tərəflə sığorta şikəti arasında tənzimlənməlidir. Bunun vurana heç bir aidiyyatı yoxdur. Uzaqbaşı vuran tərəfi məhkəmə zamanı dəvət edə bilərlər, onun ifadəsini ala bilərlər, amma onu birbaşa məhkəməyə verməyin heç bir mənası yoxdur. Nəyə əsasən vuran tərəf məhkəməyə verilir, bunu araşdırmaq lazımdır. Əgər qarşı tərəfə dəyən zərər 5 mindən yuxarı olardısa, belə olduğu təqdirdə məhkəməyə müraciət edə bilərdi ki, geridə qalan məbləği vuran tərəf ödəsin. Bu, mübahisə predmeti ola bilərdi. Amma 5 min manata qədər olan xərcdən söhbət gedirsə, istənilən halda icbari sığorta hesabına aradan qaldırılan bir məsələdir. Ona görə də vuran tərəfin vəkili bu prosesə qoşulmalıdır, vəkilə müraciət olunmalıdır. Vəkil bu prosesə müdaxilə edib, məhkəmə qərarının səbəbi üzə çıxarılmalıdır. Ola bilər ki, təhqiqat qrupu həmin məsələni araşdıran zaman başqa bir səbəb ortaya çıxsın. Onlar bununla bağlı daha məlumatlı olarlar, nəinki mən. Mən düşünürəm ki, bu, vuran tərəflə deyil, sığorta şirkəti ilə narazı qalan tərəf arasında həll olunmalıdır”.
//hurriyyet.org//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi