Ölkədə çoxsaylı sığorta şirkətləri fəaliyyət göstərsə də, lakin onların heç də əksəriyyəti müştərilərə lazımı xidmət göstərmir. Elə bu səbəbdəndir ki, mütəmadi olaraq müəyyən sığorta şirkətləri ilə bağlı şikayətlər səslənir.Mediatv.az-a daxil olan növbəti şikayətlərdən biri Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlıdır.
Şikayət müəllifi iddia edir ki Dövlət Sığorta Kommersiya Şirkəti onu aldadaraq onların pulunu mənimsəyib.Şikayətçi A.Əsgərov deyir : "08.12.2016-cı il taixdə Prado markolu avtonəqliyyat vasitəsini icbari sığorta etmət üçün Dövlət Sığorta Kommersiya Sitkətinin Xətai filialına müraciət etdim.Onlar məndən 106 manat 25 qəpik alıb mədaxil qəbzi yazıb verdilər.
24.012017-ci il tarixdə məlum oldu ki mənim avtomobilim 15.12.2016-cı ilə qədər (7 günlük) sığorta olunub.Mən adı çəkilən filiala zəng etdim.Telefonun dəstəyini qaldıran xanım əməkdaş guya mənim qəza törətdiyim üçün maşının nömrəsinin sistemə vurulmadığını və əlavə olaraq 125 manat ödəməli olduğumu bildirdi.Sonra filial müdiri Mobil müəllimlə əlaqə saxladım.O isə məndən pul alan şəxsi tapa bilmədiyini bildirdi.Sonda isə mənə hara istəyirsən şikayət et, biz belə işdəyirik dedilər".
A.Əsgərov Mediatv.az-a mürüciətində problemin ictimailəşdirilməsini, respublikanın müvafiq orqanlarının bu məsələ ilə bağlı məlumatlandırılmasını,ona dəymiş maddi ziyanın qaytarılmasını və onların hərəkətinə hüquqi qiymət verilməsinə köməklik göstərilməsini xahiş edir. Sadalanan faktla bağlı Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi sorğu ilə müraciət etdik.Rəsmi sorğumuza cavab olaraq bildirilir ki vətəndaşa aid 90 EL 062 dövlət nömrə nişanlı avtomobil 2 dəfə (24.06.2016 və16.07.2016 tarixdə) yol-nəqliyyat hadisəsi törətmiş və bu səbəbdən informasiya sistemi vasitəsilə malus hesablanaraq Toyota Prado markalı ,10 XU 042 nəqliyyat vasitəsinin sahibinə icbari sığorta haqqı 125 manat hesablanmışdır.
Sonra isə şirkətin Xətai filialının direktoru Mobil Mirzəyevin izahatı alınmış ,agentliyin səhvinə görə icbari sığorta haqqı az məbləğdə alındığından yaranmıç fərq onun tərəfindən ödənilmiş və 24 yanvar 2017-ci il tarixdə həmən nəqliyyat vasitəsinin icbari qaydada sığorta müqaviləsi rəsmiləşdirilmişdir.Dövlət Sığorta Kommersiya Şirkətinin verdiyi rəsmi cavab özündə çoxlu suallar doğurur.Əvvəla A.Əsgərovun Mediatv.az-a bildirdiyinə görə onun 90 EL 062 qeydiyyat nişanlı vəqliyyat vasitəsi heç vaxt olmayıb Əgər vətəndaşın belə nəqliyyat vasitəsi olmayıbsa vətəndaşın adına 2 dəfə yol-nəqliyyat hadisəsi sənədləşdirmək görəsən nəyə hesablanıb? 2-si vətəndaş özü bilməsəydi ona aid olan avtonəqliyyat vasitəsi sığortalanmamış qalmalıydımı?.3-si vətəndaş ödənişi 08.12.2016-ci il tarixdə etsədə nə üçün 24.01.2017-ci il tarixdə icbari qaydada sığorta müqaviləsi rəsmiləşdirilir? Nəhayət Dövlət Sığorta Kommersiya Şirkətininin əməkdaşları ciddi qanun pozuntusuna yol verir, amma buna isə görə hec bir kəs cəzalandirilmır.
Mövzunu diqqətdə saxlayacağıq