azia.az
azia.az

“PAŞA Həyat” Azərbaycanda ipoteka krediti üzrə ən iri sığorta ödənişi edib

2-07-2016, 02:53

“PAŞA Həyat” Azərbaycanda ipoteka krediti üzrə ən iri sığorta ödənişi edib Şirkət həyatını sığortalamış şəxsə görə 168 min manat sığorta ödənişi verib

Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 167 617 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı banka ödənilib.

Qeyd edək ki, bu sığorta ödənişi Azərbaycan sığorta tarixində ipoteka kreditləri üzrə ödənilən ən iri vəsait hesab olunur. “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 5 sığorta hadisəsinə görə ümumilikdə 252 509 manat həcmində sığorta ödənişi verilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi