ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili “zəlil” edirlər - FOTO/VİDEO
Artıq 31 yaşına çatan qızım özünü heç cür idarə edə bilmir. Əgər əvvəllər qızıma öz anası- həyat yoldaşım qulluq göstərirdisə, 2010-cu ildə həyat üzümüzə gülmədi və mən həyat yoldaşımı erkən yaşlarında itirdim. Bu gün mən qızım və oğlumla birlikdə lazımi şəraiti olmayan, hansı ki, 20 kvm-r ümumi sahəsi olan köhnə mənzildə yaşayırıq. Qeyd edim ki, yaşadığımız evdə lazımi şəraitin olmaması qalsın bir yana, heç fərdi ayaqyolumuz da yoxdur. Hal-hazırda bir neçə mənzil üçün təqribən on beş metra aralı məsafədə bir ayaqyolu var və bütün qonşular həmin ayaqyolundan istifadə edirlər. Bu da bizim üçün, ələlxüsus qızım Samirə üçün olduqca çətinliklər yaradır. Maddi vəziyyətimizin göstəricisinə gəlincə onu deyə bilərəm ki, biz də dözülməz həyat şəraiti keçirən ailələrdənik. Maddi imkanımız yol vermir ki, yeni mənzil alaq və həyat şəraitimizi bir qədər qaydaya salaq.
Həmin vaxtdan 12 ildən bir qədər çox vaxt keçsə də, bu günə kimi qızımın mənzillə təmin olunması məsələsi həyata keçirməmişdir. Belə bir səbəbdən də, indiyəcən müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazıb göndərsək də, hər dəfə ünvanımıza başdansovdu cavablar veriblər. Məsələn, 2014-cü ildə ƏƏSMN-nə yazdığımız ərizəyə Dövlət Sosial Təminat Xidmətinin (indiki Dövlət Sosial Müdafiə Fondu) rəis müavini Ə. Seyidzadənin imzası ilə, 04 iyun 2014-cü il tarixdə № 03/1709 təsdiq olunmuş cavab məktubu verilmişdir. Məktubda qeyd olunur: “Nazirliyin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gözdən əlil vətəndaşlar üçün 132 mənzilli yaşayış binası inşa edilir.
08 aprel 2024-cü il tarixdə imzaladığı №3-17-3/2-Ə-13486/4/2024 cavab məktubunda isə qeyd olunur ki, “Birotaqlı mənzillə təmin edilməyiniz barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında birotaqlı mənzil olmadığına görə, mənzil təminatınızı həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən birotaqlı mənzillər verilməyə başlandıqda sizə mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir”. Bəli, bu cür cavablar olduqca gözəl və cəlbedici cavablar olsa da, nədənsə indiyə kimi bu yöndə heç bir nəticə əldə etmək mümkün olmur. O halda ortaya belə bir sual çıxır ki, görəsən qızım Samirə Əliyeva daha 12 il də gözləməlidir ki, onun mənzillə təminatı məsələsi öz həllini tapa bilsin? Qeyd etmək istəyirəm ki, artıq aidiyyəti dövlət qurumlarından bu yöndə verilən cavabların heç birinə hansısa formada inamımız qalmayıb. Çünki, ötən 12 il ərzində oxşar cavabları çox almışıq. Hər dəfə bizə “yağlı vədlər” verilib, son anda heç bir nəticə əldə etmək mümkün olmayıb. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin fəaliyyəti əməli işlər görmək əvəzinə, məhz sakinlərə, ələlxüsus gözdən əlil olan şəxslərə başaldadıcı cavablar verməkdən ibarətdir”.