Əli Həsənovun nəvəsi 5 il müddətinə azadlıqdan məhrum etdilər və 2 il sonra...-VƏKİL AÇIQLAMA VERDİ
Xəbər verilir ki, bu barədə tanınmış vəkil Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb. Vəkil qeyd edib ki, məhkəmə qərarlarında bəzən ikili standartlar özünü göstərir: “Amma tutaq ki, lap Hacıyevanın qəzada təqsiri var (nə bilim, bəlkə avtomobili düzgün idarə etməyib). Amma yenə də qəza qurbanı olan avtomobil sürücüsünün təqsirindən azdır axı. Bəs onda bu xanım niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib? Müqayisə üçün xatırladıram ki, keçmiş baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci ildə idarə etdiyi avtomobillə yüksək sürətlə digər maşına və piyadalara çırpılması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər (Türkiyə vətəndaşları) isə xəsarət almışdı və hadisə yerindən qaçmışdı. Onu 5 il müddətinə azadlıqdan məhrum etdilər və 2 il sonra azadlığa çıxdı."
Hüquqşünas qeyd edib ki, Hacıyeva aşağı sürətlə yol gedib, onu arxadan yüksək sürətlə vurublar, nəticədə vuran avtomobildə 1 nəfər ölüb digəri yaralanıb, amma hadisə yerini tərk edən Hacıyeva 5 il 2 ay müddətinəz azadlıqdan məhrum eidlib: "Allahverdiyev isə özü yüksək sürətlə gələrək 2 nəfəri həlak edib, 2 nəfəri də yaralayıb, amma hadisə yerindən qaçan Allaheverdiyevi cəmi 5 il müddətinə azadlıqdan məhrum edərək 2 il sonra buraxmışdılar. Belə də ədalət olar?”
Sara,
NOCOMMENT.az