azia.az
azia.az

Ən problemli yapon maşınları — SİYAHI

Dünən, 23:06

"Avtomobil alarkən brendin adına və ya ilk təəssürata deyil, texniki etibarlılığa üstünlük vermək lazımdır".

Xəbər verilir ki, avtomobil mütəxəssisi Alan Qelfand və ekspert Loren Fiks sürücüləri bəzi məşhur yapon modellərindən uzaq durmağa çağırıb. Onların fikrincə, bu siyahıdakı avtomobillər 160 min kilometr yürüşə çatmamış ciddi mexaniki nasazlıqlar yaradır və sahiblərini böyük maliyyə itkiləri ilə üz-üzə qoyur.

Araşdırmalar göstərir ki, Nissan Altima modelinin əsas problemi sürət qutusundadır (CVT). Bu detalın dəyişdirilməsi sürücüyə 3500 dollardan baha başa gələ bilər. Həmçinin, Toyota RAV4 Prime (Plug-In Hybrid) modelində mürəkkəb batareya soyutma sistemi və elektron nasazlıqlar tez-tez qeydə alınır. Honda Passport və Infiniti QX60 modellərində isə transmissiya vibrasiyası və bahalı elektrik təmirləri investisiyanı riskli hala gətirir. Siyahıda yer alan Mitsubishi Outlander, Subaru Ascent və Mazda CX-9 modelləri də elektronika problemləri, mühərrik sızmaları və turbokompressor nasazlıqları ilə "qara siyahı"ya düşüb.

Ekspertlər bildirir ki, hətta ən etibarlı hesab olunan yapon brendlərinin belə uğursuz modelləri ola bilər, ona görə də almazdan əvvəl peşəkar yoxlama şərtdir.

Yəni, Yapon maşınıdırsa, dözümlüdür" düşüncəsi ilə kor-koranə seçim etmək gələcəkdə ailə büdcəsinin gözlənilməz təmir xərclərinə xərclənməsinə səbəb ola bilər. Xüsusilə işlənmiş avtomobil bazarında bu modellərdən birini seçmək, ucuz alış qiymətinin sonradan ikiqat xərcə çevrilməsi riskini daşıyır. Odur ki, bu siyahıdakı avtomobillərə maraq göstərənlər texniki yoxlanışa daha çox vaxt və vəsait ayırmalıdırlar.

Kənan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi