azia.az
azia.az

Hansı qidalar uşaqlarda allergiya yarada bilər? - Pediatrdan AÇIQLAMA

3-01-2025, 21:21

Allergik uşaqların sağlamlığı üçün düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Bəzi qidalar uşaqlarda allergik reaksiyaları tetikleyərək onların immun sisteminə mənfi təsir göstərə bilər. Bu səbəbdən valideynlər uşaqların qida rasionunu diqqətlə seçməli və potensial allergenlərdən uzaq durmalıdırlar.

 

Maraqlıdır ki, valideyinlər nələrə diqqət etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a pediatr Günay Rəsulova allergik uşaqlar üçün menyu verdi.
 

Yeyilməsinə icazə verilməyən qidalar:

152460


-Şirin qidalar ( şirniyyatlar, tortlar, keklər, şokolad, mürəbbə, cem, şirin çay)
-Abur cuburlar  (çipsi, pepsi, suxari, qazlı içəcəklər, jelibon, marmalad, çubuqlar və.s)
-Raf ömrü uzun qidalar
-Sitrus meyvələr, qırmızı meyvələr ( apelsin, mandarin, kivi, ananas, çiyələk, malina)
-Qızartma yeməklər
-Yatmazdan öncə süd vermək (reflyuksa bağlı astma riski yaratdığı üçün)
-Fast foodlar (dönər, pizza, hamburger, mc donalds, KFC, kartoşka free,
kolbasa, sosiska)
-Yumurta
-Süd ( fərdi həssaslıq)
-Bal
-Mövsümi olmayan meyvə və tərəvəzlər
-Broyler toyuqlar
-Enerji içəcəkləri
-Ağ un məmulatları
-Fərdi həssalığı bilinən digər qida məhsulları və.s

Pediatr valideyinlərə övladlarına bu qidaları verməsini tövsiyə edib:

152462


-Sup bulyon  (yağsız mal və ya toyuq ətində, qovrulmuş soğan, tomatsız)
-Tərəvəz püreleri (mövsümi)
-Mövsüminə uyğun allergik olmayan meyvələr, tərəvəzlər
-Sıyıqlar (südsüz və ya südlü fərdi həssaslıq nəzərə alınmaqla)
-Turş süd məhsulları qatıq, süzmə, kəsmik (fərdi həssaslıq nəzərə alınmaqla. Körpələrdə inək südü allergiyasında süd verən ananın belə bu qidaları qəbul etməməsi önərilir)
-Lobya, mərci  (fərdi həssaslığı yoxdursa)
-Duxovkada bişirilmiş ət, ət yeməkləri
-Tərəvəz supları  ( zeytun yağında)
-Pürelər (meyvə, tərəvəz)
-Şəkərsiz evdə hazırlanmış peçenyeler, (çovdar unu tərcihdir) bişmələr
-Bitki çayları
-Təzə meyvə suları
-Taxıllar, düyü, qarabaşaq, herkules, mannı, qarğıdalı, bulgur
-Yeməklər; kiftə, buxarda kotlet, dolma bulgur bulgur (tomatsız, qovrulmuş soğansız) dovğa, aş, bulgur, qreçka, ispanaq, qara mayasız çörək, zamanla allergiyaya görə sınanılmış digər qidalar və.s


Unutmayaq, allergiya barmaq izi kimidir. Hər kəsə özəldir. Bu səbəbdən istifadə etmək istədiyiniz hər qida üçün uşağı allergiyaya görə düzənli nəzarətdə saxlayan həkiminizlə məsləhətləşməyi unutmayın Öz doktorunuzun önərisi, hər kəsin önərisindən üstündür. Sağlam olun”.

Məltəm Anar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi