azia.az
azia.az

Balıq alarkən aldanmamaq üçün bunlara diqqət edin — QİYMƏTLƏR

4-11-2024, 21:43

Balıq yemək sağlamlıq üçün çox faydalıdır və gündəlik qidalanmaya daxil edilməsi tövsiyə olunur. Balıqlar, xüsusən də dəniz balıqları, yüksək keyfiyyətli protein, omeqa-3 yağ turşuları, vitaminlər və minerallarla zəngindir.

BAKU.WS xəbər verir ki, bununla belə, bəzi risklər və fərqli balıq növləri arasındakı xüsusiyyətləri bilmək də vacibdir.

Market və bazarlarda təklif olunan balıqlar ya dəniz, çay balığı olur, ya da el arasında "damba" adlandırılan süni su hövzələrində böyüdülən balıqlar olur.

Bəzən vətəndaşlar balıq alarkən aldığı məhsulun hansına aid olmasında çətinlik çəkir. Bəs bunu necə fərqləndirmək olar? Ümumiyyətlə balığın hansı fayda və zərərləri ola bilər?

BAKU.WS mövzu ilə bağlı hazırladığı araşdırma aparıb və bunu izləyiciləri ilə bölüşmək qərarına gəlib.

Balıq yeməyin faydalarından danışsaq aşağıdakıları qeyd edə bilərik:

Ürək sağlamlığı: Omeqa-3 yağ turşuları ürək və damar sağlamlığını qoruyur. Balıq yemək xolesterol səviyyəsini aşağı salmağa, qan təzyiqini nizamlamaya və infarkt riskini azaltmağa kömək edir.

Beyin fəaliyyəti: Omeqa-3 yağ turşuları beyində sağlam hüceyrələrin yaranmasını dəstəkləyir, yaddaş və zehni qabiliyyətləri gücləndirir. Hamilə qadınların balıq yeməsi dölün beyin inkişafına da müsbət təsir edir.

Depressiya və stresin azaldılması: Tədqiqatlar göstərir ki, balıqda olan omeqa-3 yağ turşuları stress və depressiya əlamətlərini azaltmağa kömək edir.

Görmə qabiliyyəti: Balıqdakı A və D vitaminləri göz sağlamlığı üçün faydalıdır, görmə qabiliyyətini gücləndirir və yaşla bağlı göz xəstəliklərinin riskini azaldır.

İmmunitet sisteminin gücləndirilməsi: Balıqda olan vitamin və minerallar immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.

 

Balıq yemək insana bəzi hallarda zərərli ola bilər və bunları təqdim edirik:

Allergik reaksiyalar: Bəzi insanlarda balıq allergiyaya səbəb ola bilər. Xüsusilə uşaqlar və həssas bünyəli insanlar balıq qəbuluna diqqət yetirməlidirlər.

Pis keyfiyyətli və çirkli mühitlərdə böyüyən balıqlar: Təmiz olmayan sular və ya pis mühitdə yetişən balıqlarda toksinlər və mikroblar ola bilər ki, bu da qida zəhərlənmələrinə səbəb ola bilər.

Dəniz və süni hövzə balıqlarını belə ayırd etmək olar:

Dad və qoxu: Dəniz balıqları daha güclü və təbii dəniz qoxusuna malikdir, süni hövzə balıqları isə daha neytral, hətta bəzən xoşagəlməz qoxuya sahib ola bilər.

Görünüş və rəng: Dəniz balıqları ümumiyyətlə daha parlaq və canlı rəngdə olur, süni balıqlar isə solğun və ya açıq rəngdədir.

 

Qeyd edək ki, dəniz balıqlarını digər balıqlardan fərqləndirmək üçün ən əsas məsələ onların saxlanma şəraitidir. Əgər market və bazarlarda hansı qablarda balıqların suda saxlanmasını görürsünüzsə, deməli həmin balıqlar dənizdən tutulmayıb. Çünki dəniz suyu şor olduğu və balıqlar buna öyrəşdiyi üçün şirin suda sağ qalmaq ehtimalları olmur.

Hazırda Azərbaycanda satışda olan balıqlar arasında ən bahalı növ məhz Nərələrdir. Onların 1 kiloqramının qiyməti isə 60-75 AZN arasında dəyişir. Digər qiymətinə görə fərqlənən isə Qızılbalıqlardır ki, 1 kiloqramı 35-40 AZN-ə satılır.

Bazarda ən çox satılan balıqlar isə bunlardır: Alabalıq (forel) - 11-16 AZN, Ağ balıq (beluqa) - 25-30 AZN, Sazan - 7.50-9 AZN, Kütüm - 9 AZN.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi