azia.az
azia.az

Qan təzyiqinə ciddi təsiri olan su və duz

14-04-2022, 08:07


Qan təzyiqinə ciddi təsiri olan su və duz
Qan təzyiqini normallaşdırmaq üçün gündə azı 1,2 litr su içilməli, duzdan isə imtina edilməlidir

Azia.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə dietoloq, nutrisioloq Yevgeni Arzamastsev qan təzyiqində sıçrayışların qarşısını almaq barədə danışarkən bildirib.
Qan təzyiqinə ciddi təsiri olan su və duz
Onun sözlərinə görə, su rejimi normallaşdırılmasa, insan az və ya yalnız bir dəfə içirsə, təzyiqdə oynamalar ola bilər.

"Bu, bədəndə hüceyrə daxilində və xaricində mayenin yenidən bölüşdürülməsi (buna görə təzyiqin oynaya biləcəyi) ilə izah olunur. Nəticədə təzyiq bir gün normal, ertəsi gün anormal olur", - deyə Arzamastsev izah edib.

Diyetoloqun sözlərinə görə, müntəzəm olaraq lazımi miqdarda su istehlak edilsə, o zaman mayenin yenidən bölüşdürülməsinə cavabdeh olan hormonlar da sabitləşməyə başlayacaq.
Arzamastsev həmçinin duzdan imtina etməyə çağırıb, çünki duz mayeni bədəndə saxlayır.

"Onu rasiondan xaric etdikdən sonra artıq maye orqanizmi kifayət qədər yaxşı tərk edir, dövran edən qanın həcmində azalma olur, bunun fonunda da təzyiq azalır", - deyə o, vurğulayıb.

Bundan əlavə, kalium və natriumla zəngin qidalar bədəndəki maye balansına cavabdeh olduğu üçün qan təzyiqini azaldır. Belə qidalara banan və quru meyvələr daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi