Göbək yağlarını əridən 4 QİDA
Yay fəsli yaxınlaşır. Artıq üst geyimləri azaldıqca bədəndəki qüsurlar da ortaya çıxmağa başlayır. Xüsusən də qarın hissəsindəki artıq çəkilər bədənin düzgün quruluşunu korlayan əsas problemdir. Lakin bəzi aktiv hərəkətlər və qidalanmaya nəzarət etməklə göbək yağlarından xilas olmaq mümkündür.
Limon
Qaraciyərə detoks tətbiq etmək göbək əritmə baxımından çox əhəmiyyətlidir. Çünki yorğun qaraciyərlə yağları təsirli şəkildə yandıra bilməzsiniz və bu, yağların bel ətrafında depolanmasına səbəb olur. Səhərlər bir stəkan limonlu su içərək günə başlamaq bədəninizi toksinlərdən təmizləyər, sizə sağlamlıq və enerji verər.
Banan
Banan yüksək miqdarda kalium ehtiva edir. Kalium bədənin təbii mineral tarazlığının təmin edilməsinə və artıq mayenin atılmasına kömək edir.
Pəhrizinizə çox natrium əlavə etdikdə və az kalium qatdıqda bu iki mineralın tarazlığı pozular və su toplanması yaşanar. Natriumun çoxluğu bədəninizə həddindən artıq maye yığılması ilə nəticələnir. Halbuki xüsusilə banan yemək gündəlik 4700 mg kalium ehtiyacınızı qarşılayır.
Ananas
Ananas həm qarnınızın düz qalmasına kömək edər, həm də şəkər ehtiyacınızı qarşılayar.
Kələm
İnsan bədənindəki zərərli maddələrin atılmasında köməkçidir. İştah açır, sidikqovucu və qəbizliyin qarşısını almaq xüsusiyyətinə malikdir. Bu tərəvəz A, C və K vitaminləri ehtiva edir, eyni zamanda kalsium və kaliumun da qaynağıdır.