azia.az
azia.az

“Yeganə Palace" MMC-nin vergiyə 57 min manat borcu yaranıb? - İDDİA

26-03-2022, 09:07


Bakıda tanınmış şadlıq sarayının vergiyə ödənməyən külli miqdarda borcu var.

Xəbər verilir ki, “Yeganə Palace" MMC-nin vergiyə 57 min manat borcu yaranıb və uzun müddətdir ki, ödənilmir.
“Yeganə Palace" MMC-nin vergiyə 57 min manat borcu yaranıb? - İDDİA
“Yeganə” MMC barəsində daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Restoranın sahibi iş adamı Akif Rəhimovdur. Akif Rəhimovun adı daha əvvəl bir neçə qalmaqallı cinayət işləri ilə gündəmə gəlib.

Onun 17 yaşlı oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəza törətmişdi. Qəzanı ilk dəfə Rəhimovların sürücüsünün törətdiyi bildirilsə də sonra həqiqət üzə çıxmışdı.

Akif RƏhimovun oğlu həbs edilib, ardınca məntəqətipli cəzaya məhkum edilən zaman isə məlum olmuşdu ki, Akif Rəhimov oğlunun törətdiyi qəzaya görə saxta ekspert rəyi almaq üçün 50 min manatdan çox rüşvət verib. Ondan rüşvət alan müstəntiq ölkədən qaçıb, köməkçisi isə həbs edilib.Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi