Şadlıq sarayının sahibi həbs edildi
Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, yoxlamalar zamanı rayonun Mustafaağalı kəndində yerləşən "Ay-Ulduz” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.
Qeyd edilən qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Nəcəf Əzimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.