azia.az
azia.az

“Doktor Canpolad”ın vergiyə borcu var- Klinikanın əmlakları satışa çıxarılır

14-03-2022, 08:07


Bakıda fəaliyyət göstərən ən qamaqallı klinikalardan birinin əmlakları satışa çıxarılacaq.
“Doktor Canpolad”ın vergiyə borcu var- Klinikanın əmlakları satışa çıxarılır
Musavat.com xəbər verir ki, 2011-ci ildə fəaliyyətə başlayan “Doktor Canpolad Klinikası” MMC və onun baş həkimi androloq Canpolad Teyuf oğlu İmanovun vergiyə borcu var.

MMC-nin 30 min manatdan çox vergi borcu yaranıb. Həmçinin Dövlət Sosial Müdafiə Fonduna da ödənişlərdə problemlər meydana çıxıb.

Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi MMC-ni məhkəməyə verib. Məhkəmə vergiyə olan borcun ödənilməsi üçün klinikanın əmlaklarının satılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Canpolad İmanov uzun illər televizya kanallarında tibb sahəsində məsləhtverici verilişlərdə çıxış edib. Onun klinikası ilə bağlı çoxsaylı şikayətlər mətbuatın gündəmində olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi