azia.az
azia.az

Müdafiə naziri Zakir Həsənovun bacanağı Tibb Baş İdarənin rəisidir..? - Elxan İbrahimov az vaxtda necə GENERAL oldu?

3-03-2022, 12:51

Müdafiə naziri Zakir Həsənovun bacanağı Tibb Baş İdarənin rəisidir..? - Elxan İbrahimov az vaxtda necə GENERAL oldu?
Müdafiə naziri Zakir Həsənovun bacanağı Tibb Baş İdarənin rəisidir..? - Elxan İbrahimov az vaxtda necə GENERAL oldu?
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, polkovnik Elxan İbrahimovla bağlı media üzərindən apardığımız araşdırma zamanı bir-biri ilə daban-dabana zidd xəbərlərlə rastlaşdıq. Məlumat üçün bildirək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun bacanağıdır. Onu da qeyd edək ki, bu adam uzun illər Tibb Baş İdarənin rəis müavini olub. İnternet üzərindən öyrəndik ki, bu Baş İdarənin əvvəlki rəisi vəzifəsindən uzaqlaşdırılandan sonra rəis vəzifəsində polkovnik Firudin Nəbiyevin, Rəşad Behbudovun, Elxan İbrahimovun və daha kimlərin adı hallanmayıb. Hətta həmin dövrdə Tibb Baş İdarənin planlaşdırma şöbəsinin müdiri Rəşad Sərxoş oğlu Behbudov mətbuata demişdi ki, keçmiş rəisi mən vəzifədən uzaqlaşdırmışam və Elxan İbrahimovu da yola salacam… Dəfələrlə ölkə mediası Elxan İbrahimovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbər yayıb. Amma 1 gün sonra Müdafiə Nazirliyi bildirib ki, xəbər yalandır. Sözün düzü, Müdafiə Nazirliyinin belə bir-birinə zidd informasiyaları yayması ürək açan deyil… Müdafiə Nazirliyinin Elxan İbrahimovun idarə rəisi vəzifəsindən azad edilməsi ilə bağlı açıqlamasına baxın: “Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bildiririk ki, Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib”. Bu tekstdən kimsə nəsə anlaya bildimi ? Kimi çıxardıblar, kimi qoyublar ? Tekstdə Baş İdarənin rəisi Elxan İbrahimovdan bəhs edilir və…vəzifənin müvəqqəti olaraq Firuddin Nəbiyevə həvalə edildiyi bildirilir… Sonra başqa bir xəbər oxuyuruq: Tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilsin. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Bakı şəhəri, 9 aprel 2021-ci il. Sözün qısası, cənab nazir Zakir Həsənov qohumların biryerdə işləməsi, hətta yüksək vəzifə daşıması korrupsiya halı deyilmi?Müdafiə naziri Zakir Həsənovun bacanağı Tibb Baş İdarənin rəisidir..? - Elxan İbrahimov az vaxtda necə GENERAL oldu?

M.My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi