azia.az
azia.az

Zakir Həsənov polkovnik-leytenantı işdən çıxardı

10-11-2021, 11:15

Zakir Həsənov polkovnik-leytenantı işdən çıxardı
"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik "Azərbaycan Ordusu" qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı "Report"a təsdiqləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi