Əli Həsənovun polkovnik oğlu vəzifəsindən çıxarıldı (ÖZƏL)
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bir müddət əvvəl DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, polis polkovniki Emin Həsənov vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.
Qeyd edək ki, Emin Həsənov bundan əvvəl Binəqədi rayon Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb.