azia.az
azia.az

"Delta" sürətlə yayılır, vaksin kömək etməyəcək və qısa vaxtda HƏR KƏSİ... - ÜST-dən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

27-06-2021, 15:48


Koronavirusun "delta" ştammı ilə bağlı vəziyyət həyəcanvericidir, virus sürətlə yayılır.
"Delta" sürətlə yayılır, vaksin kömək etməyəcək və qısa vaxtda HƏR KƏSİ... - ÜST-dən DƏHŞƏTLİ XƏBƏRDARLIQ
Azia.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç bildirib.

"Delta" ştammı lap çox hüceyrələri məhv edir, insan (bu ştamma yoluxan - red.) daha çox şəxsi, daha sürətlə yoluxdura bilər", - Vuynoviç deyib.

"Biz hələ pik zirvəni görmürük, virus sürət yığır. İndi reaksiya vermək lazımdır", - o qeyd edib.

"Vaksinləmə, üstə gəl maska rejimi, çünki “delta” ilə (mübarizədə) peyvənd kifayət deyil. İndi qısa vaxt ərzində səyləri qoymaq lazımdır, əks təqdirdə lokdaun olacaq", - mütəxəssis vurğulayıb.

O əlavə edib ki, vaksinləmə lazımdır, çünki virusun ötürülməsi imkanı azalır və xəstəliyi ağır formada keçirmə ehtimalı da minimuma enir.

"Yalnız ümumi immunitet və davranış dəyişikliyi. Bu o deməkdir ki, yayılmanı azaltmaq üçün hətta əlavə tədbirlər lazım olacaq", - o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi