azia.az
azia.az

Qoşa Qala restoranında nə baş verir ?- Dövlət qurumları niyə Qoşa Qaladan yan keçir ?

30-07-2021, 18:24


İcra başçısı Nahid Bağırov meşədə deyil, “Qoşa Qala” restoranında “tamaşa” göstərmişdi…

Restoranda, niyə, müştəri əlindən tərpənmək olmur ?

Orxanın atası yeməklərə nə qatır ?

Müştəriləri maqnit kimi “Qoşa Qala”ya çəkən nədir ?

Qoşa Qala restoranı onsuz da məşhur idi. Amma İsmayıllının cavan icra başçısı Nahid Bağırovun adı Qoşa Qala restoranı ilə birgə hallanandan sonra, ümumiyyətlə, məşhuri-cahan oldu.
Əslində Nahid Bağırovun töhmət almasını bilərkdən, yəni həqiqəti gizlətmək üçün “meşə tamaşası” düzəltdilər. Guya Nahid Bağırov İsmayıllı meşələrinə xarici turistləri cəlb etmək üçün meşədə tədbir keçirib.
Keçirib lap yaxşı edib. Bunun nəyi pisdir ?
Məqsəd ölkəmizə turistləri cəlb etmək, turizm biznesini inkişaf etdirməkdir. Buna məgər töhmət düşür ?
Bəli, yuxarıda qeyd etdik ki, bu “meşə tamaşası” diqqəti əsl səbəbdən yayındırmaq üçün idi.
Əslində isə gənc icra başçısı Nahid Bağırov meşədə deyil, karantin dövründə Qoşa Qala restoranında tamaşa göstərmişdi və buna görə töhmət aldı. Bu qədər sadə və bəsit. Həm də icra başçısı iş yerində olmalı halda restoranda idi.
Sözün qısası, Qoşa Qala restoranı ilə bağlı xeyli maraqlı söhbətlər var.
Restoran da adi restoran deyil. Xəzər dənizinin sahilində, Mərdəkanda(Şüvəlanda) yerləşən Qoşa Qala restoranı orta əsrlərdəki kral saraylarını xatırladır.
Mərdəkan kimi yerdə hektarlarla torpaq üzərində, Xəzərin sahilində dəyəri bəlkə də 50-60 milyon olan bu obyekt kimə məxsusdur ?
Kral saraylarına bənzəyən bu obyekti hansı pulla, hansı maaşla yaratmaq olar ?
Təsəvvür edirsiniz, Qoşa Qala restoranının 5 giriş-çıxış qapısı var. Görəsən, 2-3 qapı restoran sahibinə azlıq edirmi, yoxsa nəsə ehtiyyat tədbir üçün nəzərdə tutur ?
Təkcə restoranın ərazisindəki qiymətli ağacların, otaqlardakı çilçıraqların qiyməti neçə milyondur.
Görəsən bu boyda möhtəşəm restoran ayda, yaxud ildə dövlətə nə qədər vergi ödəyir ?
Karantin, pandemiya dövründə burada bütün günü, gecə-gündüz müştərilər gəlib gedir.
İlkin məlumata görə, restoranı “018 Orxan” ləqəbli oğlan işlədir və restoran Orxanın atasına məxsusdur.
Restoranda dəyəri 3-4 manat olan məhsul 15-20 manata satılır. Müştərilər üçün isə bəzən xoşagəlməz hal yaranır. Otağın bu başında kimsə öz ailəsi, uşağı ilə, o biri başında isə hansısa məmur balası öz gözəlçəsi ilə. Belə hallar yolverilməzdir.
Hətta yerli sakinlərin dediyinə görə, gecələr bu məkandan elə səslər, elə əcaib gülüşlər eşidilir ki...
Qəlyan iyisi isə Şüvəlana qədər gedib çıxır.
Restoranın içərisində hətta restoran sahibinin retro avtomobillər var: 10 LL 021, 10 XX 021...
Deyilənlərə görə, restoran sahibinin böyük avtomobil kolleksiyası da var.
Məlumata görə, icra başçılarının çoxu qonaqları ilə Qoşa Qala restoranına gedirlər.
Görəsən, müştəriləri maqnit kimi Qoşa Qalaya çəkən nədir ?
Bax əsas məsələ budur.
Köhnə müştərilən dediyinə görə, Qoşa Qalanın sahibinin, yəni Orxanın atasının vaxtilə Gənclik metrosunun yaxınlığında məişət avadanlıqları, çılçıraq dükanı olub. Dükan deyiləndə 5-6 kvadrat metr sahəsi olan “budka” fason bir obyekt.
Nəsə bir gün “budka”nın sahibi obyektinin arxasında balaca qəlyanaltı düzəldir, çay, içki, kabab verməyə başlayır. Ancaq köhnə müştərilər danışır ki, Orxanın atası kababa, ümumiyyətlə, yeməklərə nə vururdusa, müştərilər növbəyə dururdu.
Sonradan Orxanın atası Qoşa Qalanı yaratdı və müştərilər yenə bura axışmağa başladı.
Biz demirik ki, vəzifəli şəxslər restorana getməsinlər.. Ancaq ölkənin ən böyük, ən bahalı restoranında nələr baş verdiyindən dövlət orqanları xəbərdar olmalıdır.
Təkcə vergi məsələsi ilə Qoşa Qala-nın araxasından nələr çıxacağına əmin olmaq olar.
Buyursun, İqtisadiyyat Nazirliyi, Vergilər Xidməti. Və QİDA maraqlansın görək, Qoşa Qalada hansı yeməklər və necə verilir ?
P.S. Hörmətli Maliyyə naziri Samir Şərifov, Yasamaldakı "Hazz" restoranından Mərdəkandakı "Qoşa Qala" restoranına qədər olan məsafə nə qədərdir?
gundelik baki.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi