azia.az
azia.az

Qurd Qapısı: restoran, yoxsa diskussiya klubu ?- Bəy Mamed, Şahin müəllim və nehrəmlilər…

27-04-2021, 17:56


Qurd Qapısı: restoran, yoxsa diskussiya klubu ?- Bəy Mamed, Şahin müəllim və nehrəmlilər…
Qurd Qapısı ( Volçi Vorot ) deyəndə, Bakı sakinlərinin ağlına ilk növbədə məşhur qəbristanlıq gələrdi. Sonradan çox şeylər dəyişdi.
İndi “Qurd Qapı”sı daha çox məşhur restoranı yada salır.
Onu da qeyd edək ki, bu restoranın adı cəmiyyətimizin yaddaşında daha çox qalmaqallarla yadda qaldı. Yəqin ki, söhbətin kimlərdən getdiyi diqqətli oxuculara məlum oldu.
Daha doğrusu, bilənlər bilir ki, Qurd Qapısı restoranı istirahət, əyləncə məkanından daha çox “siyasi söhbətlər” məkanı kimi ad çıxarıb.
Yəni kimin kimlə siyasi “razborka”sı varsa, məsələyə daha çox bu restoranda baxılıb.
Yeri gəlmişkən, indi də bu ənənə davam edir.
Axşamlar narazılar, deputat ola bilməyənlər, vəzifədən vurulanlar burada toplaşıb “siyasi nağıllar” danışırlar, gələcək planlar qururlar.
Bu məqamda rəhmətlik Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsi yada düşür.
Ağalar, əfəndilər, cənablar, tovarişlər, serlər, misterlər...aranızda hər sortda adam var bilirəm...bəlkə yox ee, vobşe qaytarmayacaqlar, çənənizi az yorun.
Nə isə, əsas mövzudan yayınmayaq.
Qəbristanlığın bir hissəsi üzərində qurulan bu restoran təkcə siyasi söhbətləri ilə deyil, həm də qumarxanaları ilə məşhur olub.
Ayılar söhbəti isə başqa bir maraqlı yazının mövzusudur. Amma onu da qeyd edək ki, ayıları artıq yığışdırıb aparıblar.
Bu restoran vaxtilə hansısa məşhur şəxsin adı ilə bağlı olub. Ancaq hazırda “Qurd Qapısı” daha çox Bəy Mamedin adı ilə bağlıdır. Həm də hörmətli Şahin müəllimin adı da restoranın üstündədir. Başqa bir Mamedin də adı restoranla bağlı hallanır. Söhbət YOL-un rəisi Mərdanın qohumundan gedir. Ümumiyyətlə, qısaca desək, metal biznesi ilə məşğul olan Nehrəmlilər. Əvvəl Patamdarda milyonluq villaları olub.
Növbəti yazıda “Qurd Qapısı” restoranını diskusiya klubuna çevirənlərdən bəhs edəcəyik.
Bizi izləyin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi