azia.az
azia.az

“Tarixi Qələbə” adlı Anım günü tədbiri keçirilib

24-09-2021, 22:03



“Tarixi Qələbə” adlı Anım günü tədbiri keçirilib
AMEA-nın Polimer Materialları İnstitunda İkinci Qarabağ müharibəsinə həsr olunan Anım günü tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.
Polimer Materialları İnstitunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov tədbiri giriş sözü ilə açıb. O vurğulayıb ki, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan bu tarixi zəfəri şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına əldə edib. Alim qeyd edib ki, müharibənin başladığı ilk gündən müəssisənin əməkdaşları yaşlarından asılı olmayaraq bütün imkanları ilə ordumuza dəstək olublar. Sonra institutun elmi katibi, k.ü.f.d., dosent Solmaz Rzayeva Ali Baş Komandanımız cənab İlham Əliyevin atdığı yerində və dəqiq addımların xalqımızı qələbəyə apardığını bildirib. Ordumuzun qətiyyəti qarşısında düşmənin aciz qaldığını, təxribatlara əl atdığını və müxtəlif müharibə cinayətləri törətdiyini xatırladıb. Sonra institutun icraçı direktoru, k.e.d., dosent Kazım Quliyev çıxış edərək bugünkü qələbənin ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətinin, yaratdığı qüdrətli Azərbaycan Ordusunun və dünyada qazandığımız beynəlxalq nüfuzun nəticəsi olduğunu, 44 günlük Vətən müharibəsində iştirak edən igid oğullarımızın illərdir itirdiyimiz qeyrətimizi bizə qaytardığını söyləyib.
Tədbirə dəvət olunan institut əməkdaşlarından Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən ehtiyatda olan zabitlər – Vaqif İbrahimov və Şəmsəddin Hüseynov alimlərin qarşısında çıxış etməyin çox böyük məsuliyyət və şərəf olduğunu bildiriblər. Onlar 44 gün davam edən müharibəni sözlərlə ifadə etməyin çətin və mümkünsüz olduğunu qeyd ediblər. Cismini müqəddəs torpağa, vətən sevgisini isə ruhumuza qatan şəhidlərimizi anmaq biz müharibə iştirakçıları üçün hər zaman böyük fəxrdir!
Daha sonra Təhsil şöbəsinin müdiri k.ü.f.d., dosent Almaz Çələbiyeva və Həmkarlar İttifaqı Təşkilatının sədri k.ü.f.d. Aynurə Məmmədova ölümün gözünə dik baxan qazilərimizə göstərdikləri vətənpərvərlik və qəhrəmanlıqlarına görə minnətdarlıqlarını bildiriblər. Tarixi savaşda minlərlə vətən oğlu ilə bərabər şərəfli döyüş yolu keçmiş hər iki qaziyə institun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun əmri ilə Təşəkkürnamə təqdim olunub. Eyni zamanda institutun ailə üzvləri müharibədə iştirak edən 6 əməkdaşına Həmkarlar İttifaqı Təşkilatının sovqatı verilib.
Bu il məktəbə sinələrində şəhid atalarının və qardaşlarımızın şəkli ilə biraz məyus, amma olduqca qürurla qədəm qoyan gələcəyimizin nümayəndələrinin yaddaşlarından bu tarixi Qələbə heç vaxt silinməyəcək! Zəfər soraqlı, Qələbə sevincli, Cəngi sədalı, Xudayar təsnifli Anım günümüz mübarək!
“Tarixi Qələbə” adlı Anım günü tədbiri keçirilib
“Tarixi Qələbə” adlı Anım günü tədbiri keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi