azia.az
azia.az

“Qarabağirsi: mədəniyyət, memarlıq, incəsənət” adlıkonfranskeçirilib

24-09-2021, 14:51


“Qarabağirsi: mədəniyyət, memarlıq, incəsənət” adlıkonfranskeçirilib
AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Memarlıq və İncəsənət İnstitutunda baş tutub.
Onlayn təşkil olunan “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” adlı beynəlxalq konfrans Humanitar Elmlər Bölməsi, Memarlıq və İncəsənət İnstitutu və Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Konfransda Türkiyə, İran, Qırğızıstan və Yaponiyanı təmsil edən elm adamları iştirak ediblər.
Tədbirin plenar hissəsində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında azad olunması uğrunda gedən Vətən müharibəsinin birinci ildönümünə həsr edilən “Zəfər dərsləri” həftəsinə start verildiyini və bununla bağlı olaraq AMEA-nın institut və təşkilatlarında tədbirlər keçirildiyini diqqətə çatdırıb. Akademik bildirib ki, AMEA-nın müəssisələrində keçiriləcək bu tədbirlərin məqsədi Ali Baş Komandan və rəşadətli ordumuz sayəsində əldə olunan zəfəri elmi cəhətdən təbliğ etmək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Alim bu zəfərin Azərbaycan tarixində nadir hadisə olduğunu vurğulayıb.
Sonra Azərbaycan Memarlar İttifaqının sədri, professor, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti Elbay Qasımzadə və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova elmi cəhətdən əhəmiyyət kəsb edən konfransın əhəmiyyətindən bəhs ediblər. Sənət mərkəzi olan Qarabağda incəsənətin və memarlığın bütün növlərinin olduğunu, lakin bir sıra memarlıq abidələrinin erməni qəsbkarlar tərəfindən tamamilə məhv edildiyinin acı həqiqət olduğunu qeyd ediblər.
Tədbirdə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə təsviri sənətin ən maraqlı növlərindən biri olan şəbəkə sənəti haqqında məruzə edib. Məruzənin mövzusu “Şuşa memarlığında şəbəkə sənəti” olsa da Azərbaycana məxsus olan fərqli və eynilik təşkil edən şəbəkələr haqqında maraqlı təsvirlər slaydlarda nümayiş etdirilib. Alim Azərbaycanın müxtəlif bölgələrində və eləcə də İrəvan şəhərində mövcud olan müxtəlif şəbəkə növlərinin müqayisəli təhlilini göstərməklə yanaşı şəbəkə sənətinin tarixi xüsusiyyətlərindən də bəhs edib.
Daha sonra “Azərbaycan təsviri sənətində Qarabağ mövzusu”, “Şuşa şəhərində Müqəddəs Vəftizçi İohan kilsəsinin bərpası”, “Müharibələrin mədəniyyət üzərində təsiri”, “Hərbi vaxtın folkloru haqqında düşüncələr” və digər bir-birindən maraqlı məruzələr təqdim olunub. Məruzələrdə Azərbaycanın zəngin mədəniyyət xəzinəsi olan Qarabağın memarlıq və incəsənətinə ermənilər tərəfindən dəymiş zərər, bu istiqamətdə yaranan problemlər, məhv edilən memarlıq abidələri və İkinci Qarabağ müharibəsinin həyəcanlı anları, həmçinin qələbə sevinci qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi