azia.az
azia.az

Sığorta şirkətlərindən yarayan var? - Rauf Arifoğlu Atəşgah sığorta şirkətini biyabır etdi..

Bu gün, 20:51

Mən Atəşgah sığorta şirkətindən məyus oldum.
Hər xaricə gedəndə ABB tətbiqi üzərindən (banklar arasında ən möhtəşəm tətbiqdi) bu şirkətin səfər sığortasını alıram. İllərdir ki, belədir -22 manata premium paket alıb, səfərə elə çıxıram. İndiyə qədər heç lazım olmayıb.
TEREF yazır ki, bunu Yeni Musavat MEDİA GRUPunun rəhbəri Rauf Arifoğlu deyir. Daha sonra o deyir: Son səfərimdə - 5 günlük məzuniyyətimin Bakıya dönüş günündə yüngül başdönməsi hiss etdim. Dənizin soyuq suyu + hər gün kondinsionerdə yatmaqdan da ola bilərdi, başqa problemlər də. Bakıda tanıdığım doktorlarla məsləhətləşdim. CHAT GPT-yə də sordum: məsləhət bu oldu ki, təyyarənin vaxtına qədər müayinə olunum. Hətta bir doktor dedi ki, müayinə olunmadan təyyarəyə minməyim, risklidi.
Prosedura uyğun olaraq, dərhal sığortamda göstərilən adreslərə yazdım, telefonları aradım...
Çox ləng, üzücü və əsəbi bir proses başladı. Müraciətdən 2 saat sonra məni yaşadığım hoteldən 65 dəqiqəlik məsafədə olan xəstəxanaya yönləndirdilər. Araşdırdım, xəstəxanada müvafiq cihazlar, xüsusi ilə MRT aparatı yoxdu. Sadəcə, təzyiqimi ölçüb, oradan da məni yollayacaqdılar MRT olan başqa xəstəxanaya. Yazdıq ki, hotelə 2 km məsafədə yüksək səviyyəli xəstəxana var, oraya yönləndirin. Danışıqlar və yazlşmalar da ingilis, rus, bəzi hallarda türk dilində aparılır... Yəni bir Azərbaycan şirkəti düşünün, onunla öz dilimizdə yazışmaq, danışmaq mümkün olmasın.
Daha 1 saat keçdi. Qərar verdim ki, özümə və doktor Zülfüqar Yusifova güvənim və təyyarə saatına yetişim. Hava limanına çatanda yazdılar ki, istədiyiniz şəhərdəki istədiyiniz klinikada sizi gözləyirlər...
Artıq ilk tələbimizdən 4 saat keçirdi...
Qapı da örtülmüşdü...
Təyyarənin qapısı.
Heç nə olmadı, sağ-salamat gəldim. Müayinə də olundum, Bakıda, operativ və gözəl; bir şeyim yoxmuş, çox şükür.
Doktor Idris Khalilova və Diaqnoz Tibb Mərkəzindən Aydın doktora təşəkkür edirəm.
Amma bu prosesdə anladım ki, bizim sığorta şirkətlərinə, ən azı, Atəşgaha arxayın olub, xaricdə xəstələnmək olmaz.
Rauf Arifoğl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi