azia.az
azia.az

Rauf Arifoğlu Gəncə prospektində növbəti görüşünü keçirib: “Biz bir nümunə ortaya qoyduq…” – FOTOLAR

1-02-2020, 12:01

Rauf Arifoğlu Gəncə prospektində növbəti görüşünü keçirib: “Biz bir nümunə ortaya qoyduq…” – FOTOLARRauf Arifoğlu Gəncə prospektində növbəti görüşünü keçirib: “Biz bir nümunə ortaya qoyduq…” – FOTOLAR
Yanvarın 31-də 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu Gəncə prospekti 105 ünvanında yaşayan seçicilərlə görüş keçirib. Yüzə yaxın seçicinin iştirak etdiyi görüşdə vətəndaşları salamlayan Arifoğlu bildirib ki, ilkin məqsədi insanları seçkiyə dəvət etmək və inandığı namizədə səs verməyə çağırmaqdır.
Rauf Arifoğlu Gəncə prospektində növbəti görüşünü keçirib: “Biz bir nümunə ortaya qoyduq…” – FOTOLAR
Seçkinin bir demokratiya yarışını olduğunu deyən R.Arifoğlu seçiciləri hər kəsi dinləməyə, tanımağa, daha sonra onlar üçün daha çox iş görmək imkanı olan, dürüst və ədalətli olan namizədə səs verməyə dəvət edib: “Seçim ən müqəddəs bir prosesdir. İnsanları seçiminə görə, kiməsə simpatiya və sevgi bəslədiyinə görə suçlamaq olmaz. İnsanları seçiminə görə qınamaq olmaz. Biz onun üçün bu meydanlardayıq ki, azərbaycanlılar azad seçim etsinlər, özlərinə yaxın olan şəxsləri vəkil etsinlər, həmin şəxslər 10-15 gün sonra parlamentdə bu dairəni təmsil edəcəklər, millətin sözünü deyəcəklər, onların fikir və maraqlarını müdafiə edəcək, tapşırıqlarını həyata keçirəcəklər. Təklif edirik ki, bizi seçin. Çünki bir nümunə ortaya qoyduq, əlimizdə olan imkanları, jurnalist imkanlarını bu dairəyə gətirdik”.
Rauf Arifoğlu Gəncə prospektində növbəti görüşünü keçirib: “Biz bir nümunə ortaya qoyduq…” – FOTOLAR
Seçicilərə müraciət edən namizəd qeyd edib ki, onun bu dairəyə gəlişindən sonra 35 saylı Xətai üçüncü seçki dairəsi Azərbaycanda bir nömrəli diqqət mərkəzində olan bir dairədir: “Artıq bu insanları narahat edən problemlər hökumətə və aidiyyatı dövlət qurumlarına da bəllidir. Hər kəs bu dairədən yazır, müzakirə edir. Hamının diqqəti bu dairədəykən biz də insanların bütün problemlərini ölkə böyunca filmə, verilişə, yazıya çevirib, cəsarətlə göstəririk”.

R.Arifoğlu söz verib ki, ona verilən səsləri qorumağı bacaracaq və onları Milli Məclisdə layiqincə təmsil edəcək. Ərazidə marşrut problemi olduğunu vurğulayan namizəd bildirib ki, bu barədə seçki qərargahında ərizə yazılıb və sakinlərin 200 nəfərlik imzası ilə aidiyyatı dövlət qurumuna təqdim olunacaq. Seçkiyə qədərki dövrdə bir media rəhbəri olaraq bu məsələnin həllinə çalışacaq.

R.Arifoğlu söz verib ki, ona səs verənlərin səslərini qoruyacaq, seçkidə qalib gəldikdən sonra ərazidə bir neçə ofisi və nümayəndələri olacaq, bu vasitə ilə özü də vətəndaşlarla birbaşa təmaslar quracaq.
Rauf Arifoğlu Gəncə prospektində növbəti görüşünü keçirib: “Biz bir nümunə ortaya qoyduq…” – FOTOLAR
Daha sonra sakinlər R.Arifoğluna ərazinin problemlərindən danışaraq, Gəncə prospektindəki binaların arasında olan pilləkənlərin qəzalı vəziyyətdə olduğunu və insanların xüsusən də qış aylarında burada çətinlik çəkdiklərini vurğulayıblar. Həmçinin burada da binadan çənlərin götürülməsindən sonra suyun verilməsində fasilələr olduğunu və insanların məişətində çətinlik yarandığını qeyd ediblər.

Vətəndaşlar həmçinin Rauf Arifoğlundan Milli Məclisdə təmsil olunarkən Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət və həssaslıq göstərməsini və hökumətin bu istiqamətdəki qətiyyətli, barışmaz mövqeyini dəstəkləməsini istəyiblər. Namizəd bir Qarabağ döyüşçüsü olduğunu və vətənini, dövlətini sevən bir insan olduğunu dilə gətirərək, Qarabağ məsələsinə parlamentdə də hər zaman həssas yanaşacağını vurğulayıb.

Rauf Arifoğlunun çıxışı insanların müsbət reaksiyası və marağı ilə qarşılanıb, hətta mənzillərində olan sakinlər də pəncərə və eyvanlarından görüşü sonacan izləyiblər.

Sonra Rauf Arifoğlu sakinlərin bələdçiliyi ilə ərazini gəzərək, problemlərlə yerindəcə tanış olub. Sakinlər həyətlərdəki bulaqların suyunun bir neçə ildir, kəsildiyini qeyd edərək, onun bərpasını arzulayıblar. R.Arifoğlu isə bu məsələni aidiyyatı qurumlar qarşısında qaldığıracağını deyərək, əlavə edib ki, hazırda dünyada su qıtlığı aktual problemdir, bu məsələnin də israfçılığa yol verilməyəcək şəkildə, konkret şəxslərin nəzarət və cavabdehliyi altında tənzimlənməsinə ehtiyac var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi