azia.az
azia.az

PORTAL maneəsini əllərində əsas tutaraq ödəniş tələb edirlər… - Vəkil Əziz Qənbərli nazirə müraciət etdi

9-04-2025, 08:09

Son günlər cəmiyyətdə fermerlərlə bağlı olan məsələlər də narahatlıq doğulur.

Kənd təsərrüfatı ilə məşğul olan adamların müxtəlif məsələlərlə bağlı etirazlarını da görmək olur.

Bütün bu etirazlar fonunda isə yekun bir həll görülməməkdədir.

Bildiririk ki, fermerlərin hüquqlarının təmsil edən, tanınmız vəkil Əziz Qənbərli də Kənd Təsərüffatı naziri Məcnun Məmmədova müraciət edib.

O, işğaldan azad edilmiş ərazilərə yaylağa köç edən fermerlərə illər üzrə artan templə yaradılan maneələrdən yazaraq, nazirdən fermerlərin təmsilçisi kimi Onun qəbul olunmasını xahiş edir.

Problemin bir kökü də, əslində, budur: yaradılan süni maneələr!

Digər bir problem kimi isə ödəniş məsələlərini misal gətirmək olar. 

Vəkil Məcnun Məmmədova olan müraciətində problemləri dilə gətirib:

Gununsesi.info həmin müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Kənd Təsərüffatı Naziri cənab Məcnun Məmmədova Hörmətli cənab Nazir!

Yaxın günlərdə 2025-ci il üzrə yaylaq mövsümünə start veriləcək. Yaylaq mövsümü ilə bağlı fermerləri ən çox narahat edən məqam işğaldan azad edilmiş ərazilərə köç edən fermerlərə yenə də yaradılacaq ayrı-seçkilik, bərabərsizlik və portal sui istifadəsidir. İllər üzrə təhlilləri Sizin diqqətinizə çatdıraraq fermerlərin narahatçılığının əbəs yerə olmadığını görərik. – 2021-ci ildə köç edən fermerlər heç bir əlavə ödəniş etmədən Kəlbəcər və Laçın yaylaqlarına köç etdilər; -2022-ci il üzrə də heç bir ödəniş edilmədi. -2023-cü ildə cüzi məbləğdə yaylaq icarəsi və hər xırdabuynuzlu heyvan üçün 1 manat məbləğdə ödəniş tələb edildi. Fermerlər çətinliklərə baxmayaraq ödənişi etdilər; -2024-cü ildə isə hər bir xırdabuynuzlu üçün 2 manat, hər bir iribuynuzlu üçün 4,50 manat birka pulu, yaylaq icarə haqqı; 2024-cü ildə Sizin qəbulunuzda oldum və 3 ayadək quzuları ödənişdən azad etdirilməsinə köməklik etməyiniz az da olsa fermerlər rahatlatdı. -2025-ci il üzrə isə reqlament hələ təstiq edilməmiş bəzi rayon DAİM-ləri xırdabuynuzlu heyvanlar üçün 2024-cü ildə olan xərclərdən əlavə, xırdabuynuzlu heyvanların hər biri üçün Qida Təhlükəsizliyinin tələbi üzrə PORTAL maneəsini əllərində əsas tutaraq 3,50 manat vəsait ödənişini tələb edirlər. Daşkəsən, Quba, Xızı və s yaylaqlara köç edən fermerlərdən fərləndirilən məcburi köçkün fermerlərə yaradılan süni əngəl cənab Prezidentin siyasətinə yumşaq desək, uyğun gəlmir. Məcburi köçkün fermerlərlə keçirdiyim görüşlər zamanı bildirirlər ki, 2021-ci ildən bu yana ildən ilə artan templə yaradılan süni əngəllər həmin fermerlərdən illərdir “MİNA MİŞENİ” kimi istifadə edilməsi təəssüratını yaradır. Məqsəd illərdir ki, fermerlərin istifadəsində olan, mina təhlükəsi olmayan yaylaq sahələrini onların əlindən almaq və oliqarxların təsərüffatını həmin ərazilərdə yerləşdirməkdir. Ancaq mən fermerlərin hüquqlarını müdafiəsini həyata keçirdən vəkil olaraq onları əmin etmişəm ki, aprel ayı ərzində Sizin qəbulunuzda olub, onların haqlı tələblərini çatdıracağam və işin müsbət həlli üçün əlimdən gələni edəcəm. Ona görə də Sizdən xahiş edirəm ki, məni çoxsaylı fermerlər adından qəbul edib dinləyəsiniz. Əvvəlcədən təşəkkür edirəm!

Hörmətlə: Fermerin köhnə dostu Əziz Qənbərli!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi