azia.az
azia.az

Arzu Nağıyev Gədəbəy rayonunun Çay Rəsullu, Bəydəmirli, Turşsu, Şınıx və Kollu kəndlərində seçicilərlə görüşüb

27-08-2024, 16:27

 Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində görüşləri davam edir. Nıvbəti görüşlərdən biri də Gədəbəy rayonunun Çay Rəsullu, Bəydəmirli, Turşsu, Şınıx və Kollu kəndlərinin seçiciləri baş tutub.

Deputatlığa namizəd planları və görəcəyi işlər barədə geniş məlumat verib. Seçicilərlə dialoq şəkilində keçən görüşdə  onların fikir və təklifləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparılıb. Həmçinin Düz Rəsullu kəndindən Göyəlli kəndinə gedən yolun Axıncı çayı üzərində inşası davam edən körpünün tikintisi ilə bağlı görülən işlərlə maraqlanılıb, işçilərlə söhbət aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi