“Mənə Şəhrizadın nağılın danış” – Pünhan Şükürün yeni kitabı
Pünhan Şükür imzası media aləmində çox adama doğmadır. Hələ illər əvvəl Azərbaycan Nəşriyyatında nəşr olunan qəzetlərin demək olar ki, əksəriyyətinin yazılarını Pünhan Şükür yazırdı. Ürəyi vətən eşqi ilə döyünən yazar. Hamı onu belə tanıyır.
Nəsrdə və poeziyada da qələmini uğurla sınamış jurnalist Pünhan Şükürün (Pünhan Feyzulla oğlu Şükürov) “Mənə Şəhrizadın nağılın danış” adlı kitabı “Şərq – Qərb” nəşriyyatında işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda müəllifin müxtəlif janrlarda qələmə aldığı, ayrı-ayrı illərdə dövri mətbuatda dərc olunmuş, ənənəvi mediada və sosial şəbəkə platformalarında paylaşılmış ədəbiyyat nümunələrindən seçmələr təqdim olunub.
Çoxşaxəli yaradıcılığı ilə seçilən P.Şükürün “Kəlamlar” adlı ilk kitabı 2010-cu ildə azərbaycan dilində, 2011-ci ildə Giya Paçxataşvilinin tərcüməsində rus dilində çap olunmuşdur.
Uğuurlar arzulayırıq.