azia.az
azia.az

Aydın Quliyev;"Vilayət Eyvazovun imzaladığı əmr, əslində polis-vətəndaş münasibətlərində yeni atmosfer yaradacaq"

6-10-2019, 11:49



Aydın Quliyev;"Vilayət Eyvazovun imzaladığı əmr, əslində polis-vətəndaş münasibətlərində yeni atmosfer yaradacaq"
Aydın Quliyev;"Vilayət Eyvazovun imzaladığı əmr, əslində polis-vətəndaş münasibətlərində yeni atmosfer yaradacaq"
Gördüyü, bildiyi cinayətləri xəbər verənlər daha polisə çağırılmayacaqlar...Əvəzində nə baş verəcək..

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı növbəti əmr bu barədədir və əslində polis-vətəndaş münasibətlərində yeni atmosfer yaradacaq.Mahiyyət belədir: "102"-yə zəng vuraraq olay və ya cinayət barədə polisə məlumat verən şəxs ilkin ərizənin alınması üçün heç bir polis şöbəsinə çağırılmayacaq ,ən yaxındakı polis məntəqəsinin əməkdaşları dərhal həmin vətəndaşın yaşadığı ,ya olduğu yerə gələrək qanuni prosedura uyğun işlərini görəcəklər.Bəlkə kimlərəsə adi görünən bu yenilik bilirsinizmi nə qədər miqyaslı,təsirli hadisədir?! Uzaq sovet dövründən indiyədək gördüyümüz və əslində alışdığımız təcrübə bu idi ki, nə barədəsə milisə ,polisə xəbər verənlər oturub izahat vermək üçün milis-polis idarəsinə dəvət olunacağı vaxtı gözləyirdi.Dəvət olunandan sonra isə baş verənlər heç də bütün hallarda həmin vətəndaş üçün xoş olan davamiyyətlə müşahidə olunmurdu.Vaxt itkisi,uzun-uzadı izahatlar,hətta bəzən həmin vətəndaşın özünü belə yersiz şübhələrin subyektinə çevirən suallar yaranırdı.Nəticədə bir çox hallarda vətəndaşlar şəxsən özlərinə aid olmayan hadisələrlə bağlı milisi-polisi məlumatlandırmağa o qədər də həvəsli olmur,ağrımaz başlarına duz bağlamamaq kimi meşşan və ictimai -dövlət maraqlarına

uyğun olmayan mövqe tuturdular.Stalinin dövründən indiyə qədər qüvvədə olmuş bu iş üslubu əslində bir neçə istiqamətdə ziyanlı nəticələr verirdi.Birinci,hazırlanmaqda olan cinayətlərin qarşısını almaqda,baş vermiş cinayətin üstünü açmaqda milisin-polisin böyük dəstəkçisi olan ictimaiyyətin gücündən tam və səmərəli istifadə etməyə imkan vermirdi ,nəticədə hüquq və asayiş mühafizəçiləri təklikdə işləmək zorunda qalırdılar.İkinci,dünyanın sivil ölkələri polis-vətəndaş işbirliyinin daha geniş miqyasda tətbiqinə nail olduqları halda bizlər bu mütərəqqi iş üslubunun imkanlarından yetərincə istifadə edə bilmirdik. Üçüncü və ən ümdəsi odur ki,nazirin yeni əmri polis-cəmiyyət münasibətləri kontekstində vətəndaş məmnunluğunun və vətəndaş rahatlığının daha geniş və real təcəssümünə tam şərait açır.Baxın, hansısa olaydan,cinayətdən xəbərdar olan vətəndaş bunu bildiyi üçün şöbədən şöbəyə,idarədən idarəyə çağırılmayacağını, vaxt itirməyəcəyini ,əksinə DİN orqanları ilə əməkdaşlıqdan ancaq rahatlıq duyacağını bəri başdan bilsə və əmin olsa ,heç bir tərəddüd etmədən polisin işinə dəstək verəcək.Nazir Vilayət Eyvazovun bu əmri milyonlarla vətəndaşın polislə daha rahat,operativ və səmərəli əməkdaşlığı üçün misilsiz motiv mənbəyinə çevrilir.Əslində keyfiyyətcə yeni mərhələyə daxil oluruq-ölkədə qanunçuluq və ictimai təhlükəsizlik mühitinin daha da dərinləşdirilməsi üçün polisin aparıcılığı şəraitində cəmiyyətin və vətəndaşların iştirak payı xeyli artacaq,insanlar polislə daha həvəsli və daha rahat əməkdaşlığa gedəcəklər,həm də təkcə şəxsən özlərinə dəxli olmayan məsələlərdə də...geniş işbirliyinə meyllənəcəklər..Bildiyim qədər Vilayət Eyvazov MDB məkanında ilk olaraq bu təcrübəni tətbiq edir və praktikada yalnız müsbət nəticələr verəcəyinə "100+" təminat var...
Polis-cəmiyyət münasibətlərində vətəndaşların rahatlığını və məmnunluğunu artıran yeniliklər sırasında bu növbətisidir,bundan az əvvəl nazirin ictimaiyyətin diqqətini çəkən başqa əmrləri də olmuşdu.
Belə ki,bir neçə həftə əvvəl nazir başqa bir əmrlə şəxsiyyət vəsiqələrinin verilməsində yenə də milyonlarla vətəndaşın maraq və mənafeyinə mübahisəsiz uyğun olan yenilik etdi-vətəndaşlar qeydiyat ünvanından asılı olmayaraq hər yerdə şəxsiyyət vəsiqəsini almaq və dəyişmək imkanı qazandılar .Vətəndaşlar vəsiqə üçün bu rayondan o rayona getmək əzabından ,izafi xərcdən və vaxt itkisindən xilas oldular.Nazirin hər kəsin mənafe və maraqlarına hardasa uyğun olacaq başqa bir əmrinə də toxunmaq lazım gəlir-piyadaların cərimələnməsi ləğv edildi.İlk dövrlərdə özünü doğruldan bu cərimə növü son zamanlar müəyyən ictimai narahatlıqlar yaratmağa başlamışdı.Bir müddət səmərəli işləyən bu cərimə mexanizmi özünün əsas hədəfinə yetişdi- polis yol hərəkət qaydalarının tək sürücülərə yox,həm də piyadalara aid olduğunu cəmiyyətin alt şüurunda oturda bildi . İşin bundan sonra qalan hissəsini maarifçi-təbliğatçılar da yerinə yetirə bilər.
Vilayət Eyvazov nazir təyin olunanda onun DİN sistemində miras olaraq aldığı dəqiq və səmərəli idarəçilik üslubuna yeni mütərəqqi ənənələr gətirmək gücünə malik olduğuna inananlar kifayət qədər çox idi...İşdə bu da gözləntilərə uyğun ilk nəticələr..Eyni vaxtda həm Prezidentin etimadını təsdiqləyən ,həm də ictimai məmnunluğu artıran addımlar ardıcıl və sistemli olaraq atılır...
Yeni nazirin yeni idarəçilk ənənələri yaratmaq səylərinin davamını izləyək...."Yeni kadrlardan kimlər daha uğurlu nəticələrə yetişə bilir"sualının ən dəqiq cavabları da bu istiqamətdədir...

Aydın Quliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi