azia.az
azia.az

Yeni Daxili İşlər naziri Vilayət Eyvazov fəaliyyətinin icrasına başlayıb

21-06-2019, 16:00

Yeni Daxili İşlər naziri Vilayət Eyvazov fəaliyyətinin icrasına başlayıb
Azia.az təqdim edir. Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

“Report”un xəbərinə görə, tədbirdən sonra yeni Daxili İşlər naziri fəaliyyətinin icrasına başlayıb.

Yeni Daxili İşlər naziri Vilayət Eyvazovun Daxili İşlər Nazirliyinin (DİN) kollektivinə təqdim olunması mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi