azia.az
azia.az

Azərbaycanlı hakim baş məşqçini söyüb

23-02-2016, 19:22

Azərbaycanlı hakim baş məşqçini söyüb AFFA hakimləri təhqir edən futbolçu və məşqçi ilə bağlı qərar verib. Assosiasiyanın İntizam Komitəsi yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda yaşanan belə hallarla mübarizəni davam etdirir.
Komitə bugünkü iclasında ədalət təmsilçilərinə qarşı yolverilməz rəftar edənlərlə bağlı müvafiq qərarlar çıxarıb. U-17 Liqasının “Neftçi” İK İB ilə matçında AZAL-ın futbolçusu Əli Səfərov hakimi təhqir edib. Buna görə də ona 4 oyunluq cəza verilib.
U-17 Liqasının “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasında da eyni hal yaşanıb. “Bakı”nın oyunçusu Nicat Məmiyev hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb.
U-12 Liqasının “MKT-Araz” (İmişli) – “Bahar-Gİİ” (Beyləqan) matçında isə baş məşqçi diqqət mərkəzinə düşüb. Sonuncuların çalışdırıcısı Xudaverdi Tumusovla oyunun baş hakimi bir-birini təhqir ediblər. Referi ilə ağız-ağıza vermək baş məşqçiyə 5 oyun cəzalanmaq bahasına başa gəlib. Oyunun baş hakimi haqqında lazımi ölçü götürmək isə Hakimlər Komitəsinə tapşırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi