azia.az
azia.az

Nazirliyinin əməkdaşı dünya çempionatında “gümüş” qazandı - FOTO

12-04-2017, 10:06

Nazirliyinin əməkdaşı dünya çempionatında “gümüş” qazandı - FOTO

6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub

Portuqaliyanın paytaxtı Lissabonda əlbəyaxa döyüş növləri üzrə dünya çempionatı keçirilib. 6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub.

60 kq çəki dərəcəsində yarışan Orxan Mehdiyev medalçılar sırasına düşə bilib. İrlandiyalı rəqibi Carl Mckeeveri məğlub edərək, yarmfinala yüksələn idmançımız, daha sonra küveytli rəqibini Abdulla Alrashidi üstələyərək, həlledici döyüşə vəsiqə qazanıb. Amma finalda fransız rəqibinə Theo Bendouma yenilən Mehdiyev gümüş medalla kifayətlənib.

Orxan Mehdiyev İstiPress-ə gümüş medal qazanmasını şərh edib:

"Ali baş komandan İlham Əliyev idmana nə cür diqqət göstərirsə digər sahələrdə də o cürdür. Dövlət yanğınnan mühafizə xidmətinin rəisi general Fizuli Əsədova və bölmə rəsisi Baxşəli Salmanova təşəkkürümü bildirirəm mənim yarışa getməyimə şərait yatatdılar"

Qeyd edək ki, idmançımız Orxan Mehdiyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Xatırladak ki, O.Mehdiyev ötən il Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında finalda erməni idmançıya qalib gələrək çempion olmuşdu.

Nazirliyinin əməkdaşı dünya çempionatında “gümüş” qazandı - FOTO

Yarış zamanı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi