azia.az
azia.az

Azərbaycana taxıl təhdidi – müharibə bir il də uzansa...

Bu gün, 08:30

Ukraynada davam edən müharibə Rusiyada fermerlərin bu mövsüm yığdıqları taxılı satmasını getdikcə çətinləşdirir. Rusiya mediasının məlumatına görə, məhsullarını sata bilməyən və ya maya dəyərindən xeyli aşağı satmağa məcbur olan fermerlər növbəti mövsüm üçün kütləvi şəkildə taxıl əkməkdən imtina edirlər. Dizel yanacağı və zəruri əkin materiallarının çatışmazlığı vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur.

Taxıl təminatında idxaldan asılı olan Azərbaycanın taxıl ehtiyatı hansı  səviyyədədir? - Oxu.az

Musavat.com xatırladır ki, iyul və avqust aylarında Rusiya Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq məqsədilə Odessa limanına, o cümlədən limana yaxınlaşan gəmilərə intensiv zərbələr endirib. Buna cavab olaraq Ukrayna Azov dənizi və Qara dənizlərdə Rusiyanın taxıl terminallarına, toplu yük daşıyıcılarına və liman infrastrukturuna qarşı dron hücumları təşkil edib. Nəticədə, Rusiyadan buğda da daxil olmaqla, taxıl ixracı ciddi çətinliklərlə üzləşir.

Məlumdur ki, Rusiya Azərbaycanın əsas taxıl tədarükçüsüdür. Bəs bu ölkədə buğda əkini sahələri kəskin azalarsa, Azərbaycan üçün alternativ hansı ölkə ola bilər? Belə bir təhlükə varmı?


İqtisadçı Vüsalə Əhmədova Musavat.com-a bildirib ki, rəsmi məlumatlara əsaslansaq, Rusiyadan asılılığın alternativi kimi ən real ölkə Qazaxıstan olduğu bildirilir. Rəqəmlərə diqqət çəkən ekspert qeyd edib ki, 2024-cü ildə Azərbaycana idxal edilən 1,292 milyon ton buğdanın 1,166 milyon tonu Rusiyanın, cəmi 125 min tonu isə Qazaxıstanın payına düşürdü:

BMT, Türkiyə və Ukrayna taxıl dəhlizini Rusiyasız davam etdirmək qərarına  gəlib

“Yəni Rusiyanın payı təxminən 90% idi. Amma 2025-ci ildə vəziyyət kəskin dəyişdi. Rusiyadan idxal 604,944 ton olmaqla illik 48% azalma baş verdiyi halda, Qazaxıstandan idxalda isə 662,269 ton olmaqla 5,3 dəfə artım yaşandı. Başqa sözlə, 2025-ci ildə Qazaxıstan artıq Rusiyanı keçərək Azərbaycanın əsas buğda tədarükçüsünə çevrilib. Bu, çox mühüm göstəricidir. Rusiyaya gəlincə, Rusiya Taxıl İttifaqı fermerlərin maliyyə çatışmazlığı səbəbindən qışlıq taxıl səpinini azalda biləcəyi barədə xəbərdarlıq edib. 2026-cı ilin sentyabrının ilk 10 günündə Rusiyanın taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə azalaraq 418 min tona düşüb, buğda ixracı isə 6,5 dəfə azalıb. Ancaq buna baxmayaraq, Rusiya hələ də çox böyük taxıl istehsalçısı və ixracatçıdır. Problem daha çox logistika, ixrac marşrutları, maliyyələşmə və fermerlərin gəlirliliyi ilə bağlıdır. Yəni, problem məhsulun olmamasında yox, onun bazara çıxarılması və fermerlər üçün iqtisadi cəhətdən sərfəli olmasındadır. Qısa olaraq, hazırda Azərbaycanda təcili taxıl çatışmazlığı təhlükəsi görünmür”.

Azərbaycanda minimum maaş belə hesablana bilər - Yeni model gündəmdə -  Globalinfo.az

İqtisadçının sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025-ci ildə Azərbaycanın taxıl istehsalını təxminən 3,3 milyon ton, 2025-2026 mövsümü üçün taxıl idxalı tələbatını isə təxminən 1,4 milyon ton qiymətləndirib:

“Yalnız risk ondadır ki, əsas tədarükçülərdən birində müharibə və logistika problemi yaşanır və bu da qiymət və daşınma xərclərini sürətlə dəyişə bilər. Ən pis ssenari isə odur ki, Rusiya Azərbaycana taxıl ixracını tam dayandırarsa nə baş verə bilər? FAO 2025-2026 mövsümündə Azərbaycanın taxıl idxalı ehtiyacını təxminən 1,4 milyon ton qiymətləndirib. 2025-ci ildə faktiki buğda idxalı isə 1,267 milyon ton olub. Deməli, Rusiya tamamilə bazardan çıxsa, Azərbaycan illik təxminən 1,27-1,4 milyon tonluq idxal ehtiyacını başqa mənbələrlə bağlaması lazım gələcək. Düşünürəm ki, belə bir vəziyyətdə Qazaxıstanın hesabına Rusiyanın böyük hissəsini əvəz etmək mümkün olacaq”.

Nigar Həsənli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi