azia.az
azia.az

Kitab tərcümə etdi, adı "ölüm siyahısı"na salındı

Bu gün, 08:33

Cənubi Koreyalı məşhur tərcüməçi və ədəbiyyatşünas Kim Çon A klassik rus yazıçısı də Fyodor Dostoyevskinin 4 şah əsərini — "Cinayət və cəza", "İdiot", "Cinlər" və "Karamazov qardaşları" romanlarını orijinaldan Koreya dilinə tərcümə etdiyinə görə xoşagəlməz durumla üzləşib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, tərcüməçinin nailiyyəti Ukraynada geosiyasi qarşıdurma kontekstində bir qədər fərqli qəbul edilib.

Kim Çon A Rusiya prezidentindən mükafat alandan sonra onun adı Ukraynanın millətçi dairələri ilə əlaqələndirilən və qalmaqallı "Mirotvorets" veb-saytının bazasına daxil edilib. İctimaiyyət arasında "güllələnmə siyahısı" və ya "ölüm siyahısı" kimi tanınan bu platformada Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan şəxslərin siyahısı tutulur.

Saytda Kim Çon A-nın adının qarşısında rəsmi səbəb kimi "Rusiya təbliğatını yaymaq", "Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatına (SVO) ictimai dəstək vermək" göstərilib.

E.Məmmədəliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi