azia.az
azia.az

Fazil Mustafa Mirşahinin oğlunun toyundan danışdı: “Atası toya gəlib, ya gəlməyib, sənə nə dəxli?”

Bu gün, 14:43

Mirçingiz Ağayev məni də toyuna dəvət etmişdi, iştirak etdim. İnsandır, bəlkə, müəyyən dəstək lazımdır? Belə şeyləri bu formada müzakirə etməyi doğru saymıram. Bu cür yanaşmalar cəmiyyətdə, həqiqətən, ciddi deqradasiyadan xəbər verir. Kimsə kiminsə toyuna gedə bilər, ailəiçi münasibətlərdə birinin digərinə münasibəti fərqli ola bilər. Biz niyə bunu müzakirə etməliyik ki? Kimin nəyinə lazımdır? Kimsə atanı, kimsə oğulu qınayır. Sizə nə dəxli? Gedin öz ailənizlə, uşaqlarınızla, onların həyatı ilə məşğul olun!”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, hamı əxlaq qoruyucusuna, əxlaq gözətçisinə çevrilib: “Cəmiyyət çox ağır proseslərdən keçir. Öz ailə dəyəri olmayanlar ailə məsələsini müzakirəyə çıxarırlar. Öz siyasi keçmişi, şəxsiyyəti olmayan adamlar müəyyən uzun yollar keçmiş insanları müxtəlif formalarda ittiham edirlər. Bu, cəmiyyətdə, həqiqətən də, ciddi problemlər yaşandığını göstərir. Toy məsələsi isə daha acınacaqlı məsələdir. Adam toy edib, atası toya gəlib, ya gəlməyib, sənə nə dəxli? Bəlkə, ailəiçi elə münasibət var, yaxud elə şərtlər ortaya çıxıb ki, iştirak etməyib? Təbii ki, cəmiyyət hər məsələni müzakirə edə bilər, əleyhinə deyiləm. Amma müzakirənin qınayıcı, əxlaq dərsi keçmə baxımından olması düzgün deyil. İctimai şəxslərdir, informasiya verə bilərsən ki, filankəs öz oğlunun toyunda iştirak etməyib, lakin iştirak etməməyin motivi olaraq kimisə linç etmək, təhqir etmək artıq müzakirə deyil, qərəzli yanaşmanın bir formasıdır. Buna görə də bu məsələdə qınayıcı yanaşmaya daha çox üstünlük verirəm”.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi