azia.az
azia.az

Nazirlik: Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır

16-02-2016, 12:25

Nazirlik: Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır Qanunvericiliklə dövlət təhsil müəssisələrinin ərazisinin özəlləşdirilməsi qadağan edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanununa əsasən, dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağandır.
“Təhsil haqqında” qanuna görə, dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır. Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.13-cü bəndinə əsasən ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) 2000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 2000 manat, orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali təhsil müəssisələri üçün 2750 manat, əlavə təhsil müəssisələri üçün 1500 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali dini təhsil müəssisələri üçün 2750 manat dövlət rüsumunun ödənilməsi lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi